Ölkə futbolu
İcraiyyə Komitəsinin üzvü: "De Byazinin getməsinin əleyhinəyəm"
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun müsahibəsi
- Öncə Şuşada keçirilən ilk beynəlxalq şahmat turniri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Fərz edin ki, ürəyimizdə olan ən böyük arzumuz həyata keçdi. Federasiyamız üçün ən məsuliyyətli və xoşbəxt anlardan biri idi.
- Açılış mərasimində "Shusha Chess 2022"nin hər il ənənəvi şəkildə keçirilməli olduğu vurğulandı. Bu istiqamətdə hansı işlər görüləcək?
- Bu turniri ənənəvi etməmək hüququmuz yoxdur. Bu arzunu hamıdan əvvəl Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev açılış mərasimində səsləndirdi. Daha sonra gənclər və idman naziri, həmçinin, biz də reaksiya verdik ki, bunun üçün əlimizdən gələni edəcəyik.
- Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov bütün rəqiblərini qabaqlayaraq, qalib oldu. Qadınlar isə zəif təsir bağışladı. Ümumiyyətlə, yerli şahmatçıların çıxışını necə dəyərləndirirsiniz?
- Qızlar bir az təəccübləndirdilər. Çünki onlar yüksək səviyyəli şahmatçılardır. Bunu son vaxtlar həm Ümumdünya Şahmat Olimpiadasında və fərdi Avropa çempionatında gördük. Onlar qitə turnirində 2-ci və 3-cü yerləri tutdular. Özü də həmin yarışlarda gürcü şahmatçılara silsilə şəkildə qalib gəldik. Bu mənada nəticələr gözlənilməz oldu. Bəlkə də bu, Şuşada olan qeyri-adi məsuliyyətdən irəli gəlirdi. Hamısı gəncdir. İnanıram ki, digər amillər nə vaxtsa cilovlana biləcək. Kişi şahmatçıların, xüsusilə Şəhriyarın oyunundan çox razı qaldıq. Sağ olsun ki, ümidlərimizi doğrultdu.
- Siz həm də AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Bildiyiniz kimi, Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsini 10 xalla 2-ci pillədə başa vurdu. Milli komandanın çıxışı barədə nə deyə bilərsiniz?
- İş elə gətirdi ki, millinin keçirdiyi son 3 oyuna diqqətlə baxdım. Hərdən məşğulluq səbəbindən səfər oyunlarını diqqətlə izləyə bilmirsən. Bu matçlara əsasən onu deyə bilərəm ki, yığmada fikir və ideyaya layiq ustalıq gördüm. Son 2-3 illə müqayisə etsək, komandamız daha sadə, sanballı və xoşagələn səviyyədə oyun nümayiş etdirir. Mən De Byazinin getməsinin əleyhinəyəm. Belə bir sual olsa, mən öz mövqeyimi bildirəcəyəm.
- Belə düşünməyiniz sırf son 3 oyundakı nəticələrlə bağlıdır?
- Qurban Qurbanovdan başqa heç bir yerli mütəxəssisi cürət edib, yığmanın sükanı arxasına gətirə bilmirik. Bu, gerçəklikdir. Qurbanı isə "Qarabağ"dan ayırmaq, qoparmaq cinayətdir. Çünki "Qarabağ" onunla vəhdət təşkil edib və biz bunun bəhrəsini görürük. Digər tərəfdən, yeni əcnəbi baş məşqçi yeni tanışlıq deməkdir. De Byazi isə futbolçuları beş barmağı kimi tanıyır. Son matçlarda doğru heyət seçimi, futbolçuların təkcə öz bayrağı və Vətəni üçün deyil, həm də baş məşqçiiləri üçün oynadıqlarını gördük. Mexanizm bir az işləməyə başlayıb. Nəyə görə bunu dəyişək, pozaq? Oyunlar vaxtı əvəzetmələrdən də gördüm ki, De Byazi oyunu yaxşı idarə edir və futbolçuları başa düşməyə başlayıb. Oyunçular da buna öz ustalıqları və matçlara can yandırmaları ilə münasibət bildirirlər.
- İtaliyalı mütəxəssislə müqavilə müddəti uzadılanda qarşısına şərt qoyuldu ki, yığma Millətlər Liqasında qrup qalibi olmalıdır. Amma qarşıya qoyulan vəzifə yerinə yetirilmədi...
- Milli komanda şərti olaraq, pley-offa çıxmaq şanslarını saxlayır. C Liqasında qrup qalibləri olan Türkiyə, Yunanıstan, Qazaxıstan və Gürcüstan yığmalarından ən azı 2-si AVRO-2024-ə seçmə mərhələdən vəsiqə qazansa, bizim üçün şans yarana bilər. Futbolda hər şey mümkündür. Bu, bizə müəyyən qədər ümid yeri saxlayıb. Buna görə sağ olsun.
- Milli komandanın qrupda birinci yeri tuta bilməməsində De Byazinin əvvəlki heyət seçimləri nə dərəcədə rol oynadı? Sizə də elə gəlmirmi ki, baş məşqçi bir az gec ayıldı?
- Heç kim deyə bilməz ki, mən bu gün dünənkindən ağıllı ola bilmərəm. Hər bir kəsin bu gün dünənkindən və ya sabah bugünkündən ağıllı o lmaq imkanı var. Ağıl və bacarıq imkan verirsə, inkişaf gedir. Nəyə görə onu bu şansdan məhrum edirsiniz? De Byazi də, siz də, digərləri də inkişaf edə bilər ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

