Ölkə futbolu
Samir Abasov: "Heç bir çətinlikdən qorxmuruq"
"Sumqayıt" klubunun yeni baş məşqçisi Samir Abasov təyinatından sonra jurnalistlərin suallarını cavablandırıb.
- Öncə təyinatla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Futbol mənasında doğma şəhərimə qayıtmaq çox xoş oldu. Tanıdığım yer olmasına baxmayaraq, həddindən artıq həyəcanlıyam. Məndə belə həyəcan olmamışdı. Səbəbini bilmirəm. Bəlkə öz şəhərimin təmsilçisi olduğu üçün məsuliyyət daha çoxdur. Onu da deyim ki, ümidliyəm. Hamımız üçün xeyirli olsun.
- Aleksey Baqanın istefasından sonra ilk variant kimi sizin adınız hallanırdı. Amma danışıqlar bir neçə gün uzandı. Hansısa detallarda anlaşmaq ləngiyirdi?
- Bu, danışıqlar prosesində normal şeydir. Tez-bazar düzələn işin axırı yaxşı olmur. Tərəflər bir-birini razı salmalıdır. Söhbətlər getməli, detallara aydınlıq gəlməlidir. Əsas odur ki, hər iki tərəf üçün düşərli olsun.
- Yəqin, "Sumqayıt"ın çıxışını izləyirdiniz. Komandanın əsas çatışmazlığını nədə görürsünüz?
- Bəli, oyunlara baxmışam. Bundan əvvəlki çatışmazlıqlar mənə aid deyil. Məndən bundan sonra olacaqlara cavabdehəm.
- Həmin çatışmazlıqları açıqlaya bilərsiniz?
- Komandanın zəif çıxışının, ardıcıl məğlubiyyətlərin müxtəlif səbəbləri var. Ruh düşkünlüyü, yeni strategiyaya adaptasiya ola bilməmək və sair hallar baş verə bilər. Prosesin içində olmadığıma, problemlərin haradan qaynaqlandığını bilmədiyimə görə suala cavab vermək çox çətindir.
- Oyun planında nə kimi problemlər var idi?
- Açığı, "Sumqayıt"ın matçlarına azarkeş kimi baxmışam. Məşqçi kimi izləmədiyim üçün heç nə deyə bilmərəm.
- Kənardan baxan insan kimi legionerlərin səviyyəsi sizi qane edirmi?
- Yaxşı potensiala malik oyunçulardır. Amma əsas məsələ onların içinə düşdükdən sonra başlayır. Pis futbolçu yoxdur. Sadəcə, uyğun olan və olmayan oyunçular.
- Qarşınıza hansı vəzifə qoyulub?
- Hədəfimiz "Sumqayıt"ı əvvəlki səviyyəsinə, azarkeşləri isə stadiona qaytarmaqdır. Bu mövsümün çətin olacağını bilirik. Amma heç bir çətinlikdən qorxmuruq. İstəyirik ki, bura gələn komandalar kiminlə oynadıqlarını bilsinlər. Əlimizdən gələni edəcəyik.
- Sizcə, komanda hazırkı legionerlərlə nəyə nail ola bilər? Hazırkı əcnəbi oyunçular yetərlidirmi?
- Əvvəlcə onları tanımalıyam. Artıq buradayam. Bundan sonra nəyə nail olacağımıza baxa bilərik.
- "Sumqayıt"a çempion kimi qayıdırsınız. Arıtq sizdən tələb daha böyük olacaq. Bu, üzərinizdə əlavə təzyiq yaratmır?
- Əlbəttə, yaradır, məsuliyyət artır. Bilirəm ki, azarkeşlər, yaxınlarım, doğmalarım məndən çox şey gözləyir. Onlar da bura qayıtmağımı gözləyirdilər. Düşünürəm ki, onların istədikləri adamam. Bu, məni çox həyəcanlandırır. Oyuna çıxdan bunları da fikirləşməliyəm. Bu da mənim üçün əlavə yük olacaq.
- Belə fikirlər var ki, Baqanın vaxtında komandanın üstündə dəmir yumruq çatmırdı. Həmin yumruq yerindədirmi?
- Dəmir yumruq da olacaq (gülür).
- Artıq köməkçiləriniz də bəllidir. Məşqçilər heyətində dəyişiklik var. Əvvəllər harada işləmisinizsə, qapıçılar üzrə məşqçi Etibar Tarverdiyev də yanınızda olub. Amma bu dəfə yoxdur. Bu, nə ilə bağlıdır?
- Etibar müəllimlə danışmışıq. Bu, öz aramızda olan detallardır, ona görə də müzakirəyə çıxarmaq istəmirəm. Sabah, birigün, 1, 3 və ya 5 aydan sonra onunla yenidən işləsək, təəccüblənməyin. Hər şey gedişatdan asılıdır.
- "Neftçi"dən ayrılandan sonra sizə təkliflər var idi?
- Konkret təklif olmamışdı. Bunu dəfələrlə demişəm. Sadəcə, öz agentimlə sıx əlaqədə olduğuma görə, o, mənə variantları deyirdi. Hansı kluba təklif olunduğumu bildirirdi. Amma konkret təklif yox idi.
- Matçlara azarkeş kimi baxdığınızı bildirdiniz. "Sumqayıt" hazırda hansı yerlərdə olmalı idi? Komandanın potensialı nəyə qadirdir?
- Azarkeş kimi fikirləşirəm ki, ilk "6-lıq"da olmalı idi.
- Komanda əsas diqqətini Azərbaycan Kubokuna yönəldə bilərmi?
- Belə şey məndə yoxdur. Çıxdığımız hər matçda qələbə qazanmaq istəyirik.
- "Neftçi"dən ayrılan hansısa futbolçunu komandanızda görmək istəyirsiniz?
- "Neftçi"ni tərk edənlər legionerlərdir. Yerlilərdən xatırlamıram. Hərəsinin öz klubu var. Bu barədə düşünməmişik. "Neftçi"də bəzi oyunçular var ki, gəlsələr, böyük məmnuniyyətlə götürərik.
- "Sumqayıt"a çempion olmuş mütəxəssis kimi gəlirsiniz. Bundan əvvəl büdcəsi daha geniş və iddialı olan "Neftçi"də işləmisiniz. Çoxu görüb azla qane olacaqsınızmı?
- Əsas odur ki, haraya gəldiyimi bilirəm. Hər şeyi araşdırmışıq. Bu məsuliyyətin altına girmişiksə, özümüz də nəyəsə ümid edirik. Həmişə sən istədiyin yerlərdə işləmək alınmaya bilər. Bir müddət öncə "Neftçi"nin gətirmək istədiyi Viktor Qonçarenko Rusiyada "Ural"a rəhbərlik edir. Səhv etmirəmsə, həmin komanda sonuncu yerdədir. Bunlar normal şeylərdir. Əsas odur ki, ümidim böyükdür.
- Hansı mövqelərdə güclənməyə ehtiyac var? Qış fasiləsi üçün rəhbərlikdən tələbiniz, istəyiniz olacaqmı?
- Hələlik transfer haqqında heç nə danışmamışıq. Əsas bu oyunçuaları yaxından tanımağımdır. Bu komandada skautlar var. Aleksey Baqanın vaxtında da belə olub. Onlar daim axtarışdadırlar və əllərində bir neçə futbolçunun adı var. Bundan sonra hansı mövqelərin güclənməli olduğunu çempionatın gedişatında müzakirə edəcəyik.
- "Sumqayıt"da hansı məqamlar üzərində daha çox işləməlisiniz ki, komanda müsbət nəticə qazana bilsin?
- Bu gün kim burada baş məşqçi olsa, ilk olaraq əhval-ruhiyyənin üzərində işləyər. Bunu qaldırmaq lazımdır. Baqa işinə davam etsəydi, onun da fikri əhval-ruhiyəni qaldırmaq olacaqdı. Bu yöndə işimiz çoxdur. Ondan sonra digər məsələlərə baxacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

