5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

“Qəbələ”dən 450-ci qol

“Qəbələ” evdə 450-ci qolunu vurub. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yubiley Azərbaycan Premyer Liqasının VII turuna təsadüf edib. 

“Sumqayıt” üzərində 1:0 hesablı qələbəni rəsmiləşdirən top “qırmızı-qaralar”ın tarixinə öz meydanındakı 450-ci qol kimi düşüb. Qonaqların qapısına braziliyalı Ramon Maçado yol tapıb.

“Qəbələ”nin 450-ci ev qolu 310-cu matçda vurulub. Komanda Premyer Liqada 308, Azərbaycan kubokunda 71, birinci divizionda 46, avrokuboklarda 25 dəfə qonaqların qapısına yol tapıb.

Xatırladaq ki, ilk qol 2005-ci il sentyabrın 21-də birinci divizionun “Şərur”la ev qarşılaşmasına təsadüf edib. 8:0 hesablı qələbənin qeydə alındığı görüşdə hesab rəqib futbolçu İlqar İbrahimovun avtoqolu ilə açılıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31