Ölkə futbolu
Rəşad Sadıqov: "Dönüş etmək xarakter, ustalıq tələb edir"
"Gərgin oyun oldu. “Sabah”la matçı çıxmaqla bütün oyunlarımız gərgin alınıb. Azarkeşlər üçün maraqlı oldu".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbayan Premyer Liqasının 5-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 2:1 hesablı qələbəni belə şərh edib: "Oyuna pis başlamadıq, amma sonra üstünlük rəqibə keçdi. Penaltidən sonra daha aqressiv oynadıq. Hər iki komanda topla oynamağı xoşlayır. Maraqlı mübarizənin şahidi olduq. Hər iki komanda qələbəyə layiq idi. Futbolçularımı təbrik edirəm. Psixoloji cəhətdən ağır oyun idi. Dönüş etmək xarakter, usatlıq tələb edir".
- Rəqibin baş məşqçisi Elmar Baxşıyev dedi ki, bu gün güclü qalib gəlmədi...
- Onun şəxsiyyətinə və işinə böyük hörmətim var. Ola bilsin, belə fikirləşir. Düşüncəsinə hörmət edirəm. Bu gün hər iki komanda qələbəyə layiq idi. Oyun çox sürətli gedirdi. Biz daha dəqiq olduq.
- Oyunun taleyini necə dəyişdiniz?
- Allah dəyişdi. Sonradan meydana çıxanlar oyunu canlandırdılar. Həlledici amil futbolçuların meydanda qəti və iradəli olması oldu. Qələbə qazanmağı düşünürdülər. Belədə istənilən nəticə əldə olunur.
- Yeni transferlərin oyununu necə dəyərləndirirsiniz?
- Heyfsilənirəm ki, komandaya gec qoşuldular. Heyət geniş olanda manevr edə bilirsən. Kasad olanda isə oyuna güc qatmaq üçün əldə material olmur. Bu gün oyuna yaxşı daxil oldular. Optimal formaya keçəndən sonra daha çox fayda verəcəklər.
- Qapı xəttində dəyişiklik etmişdiniz. Bu, nə ilə bağlı idi?
- Sadəcə, belə qərar verdik. Anar ötən mövsümün sonunda da yaxşı çıxış etmişdi. Bu gün ona şans verdik.
- Rəhim Sadıxov “Zirə”yə gələndən ən yaxşı oyununu keçirdi. Hücumda oynaması nə ilə bağlı idi?
- Onda hücumçu keyfiyyətlərini görürəm. Usta oyunçudur, ağıllı və sürətlidir. Əvvəlki matçlarda da hücumda oynatmaq istəyirdim. Bu gün qəti fikrim oldu. Çox fayda verdi. Universal oyunçudur, bir neçə mövqedə oynaya bilər. Onu De Brüyneyə oxşadıram. O da müxtəlif mövqelərdə oynayır. Rəhim son dəqiqələrdə dayaqda da çıxış etdi.
- Transfer pəncərəsi bağlanıb. Təmkin Xəlilzadə ilə İlkin Muradovun taleyi necə olacaq?
- Hər dəfə bu suala cavab vermək istəmirəm. Əvəzedici heyətdə oynayıb formalarını bərpa edirlər. Onların karyerası üçün vacibdir. Yolumuza davam edirik. Daha yaxşı kollektiv olmaq istəyirik.
- Oyunlarınız gərgin keçir, özünüz də gərgin olursuz. Məşqçilik karyeranızın ən ağır mövsümü olduğunu deyə bilərik?
- Qəti bu barədə düşünmürəm. Bəlkə, mövsümün sonunda belə deyəcəm. Əksinə, çox sakitəm. Oyun ərzində reaksiya verə bilərsən. Ən çətini ilk ilimdə mövsümün sonunda olub. Həm kubok, həm çempionatda elə hadisələr oldu ki, həmişə yadımda qalacaq. Bilmirəm, bəlkə ondan daha betər mövsüm də olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
09:00
“Neftçi” üçün liderlik şansı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























