Ölkə futbolu
Rəşad Sadıqov: "...VAR gələndən sonra daha böyük problemlər yaşanacaq"
“Maraqlı oyunun şahidi olduq. Qol epizodlarımız var idi, sadəcə istifadə edə bilmədik. Rəqib “Qarabağ”a qarşı ciddi müqavimət göstərmişdi. Onların əks-hücumlarının qarşısını ala bildik, oyuna nəzarət edən tərəf biz olduq. Son vuruşlarımız dəqiq alınmadı. Futbolçularımdan razıyam. Oyunu davam etdirib, üzərinə də qoysaq, hər hansı problem yaşamayacağıq”.
Futbolxeber.az saytının məlumatına görə, Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 3-cü turunda bu gün "Sumqayıt"la keçirilən oyundan son mətbuat konfransında deyib.
- VAR-la bağlı fikriniz necədir?
- Keçən il də deyirdim, elə hiss edirəm ki, VAR gələndən sonra daha böyük problemlər yaşanacaq. Bu da isbatı. Baş hakimə həmin epizoddan qabaq Sərtan Taşkına qarşı olan kobudluq göstərilmirdi. Buna böyük elm lazım deyildi axı. Altı dəqiqə VAR-a görə dayanmaq olar? İki-üç saat oynayacağıq? 80-ci dəqiqədir 6 dəqiqə pauza verilir. Rəqib də istiahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra "Sumqayıt" əks-hücumlara çıxdı. Qərar 2-3 dəqiqədən gec verilməməlidir. Rəvan Hamzadadə danışanda, "toxunuşu görmüşəm" dedi. Amma VAR-dakı hakim epizoda gedib baxmağı tələb edirdi. Yaxşı olardı ki, VAR-da daha təcrübəli hakimlər otursun. Çünki həlledici məqamlar var.
- Təmkin Xəlilzadə və İlkin Muradovun transferə çıxarılması nə ilə bağlıdı?
- Müəyyən şeylər var ki, açıq müzakirə etmək olmur. Hər ikisinə mən hamıdan daha çox etimad göstərmişəm. Müəyyən səbəblar var idi, danışdıq belə qərar qəbul etdik. Yaxşı futbolçulardır, komandada görmək istəyərdim. Amma müəyyən səbəblər var ki, belə qərar qəbul edildi.
- İntizam məsələsidi?
- Mövsümün əvvəli hansı futbolçularla davam edəcəyinə qərar verib, sonradan belə qərar qəbul olunarsa, demək ki, başqa məsələlərdir. Yəni performansla bağlı deyil.
- Sanki komandanız daim hakim səhvləri ilə üzləşir...
- Bu məsələlər yorucudur. Hakim səhvləri hər yerdə olur, bəzən xeyrimizə də qərar çıxarıla bilər. Epizodlar çoxdur. Amma qabartmıram. VAR-dakı hakim niyə epizodu bir saniyə geri çəkmirdi? Ona da baxmaq lazımdır. Özü də VAR-da oturub. Sanki xətkeşlə kəsilmişdi həmin epizod. Ötən mövsüm haqsızlıqlar olmuşdu. 30 ildir ki, futboldayam və bəzən elə epizodlar olur ki, hakimin səhv edə biləcəyini görürsən. Amma Rəvan Həmzəzadə altı dəqiqə nə haqda danışırdı? Mən Rəvanın nə danışdığını eşidirdim. Amma VAR-dakı hakim tələb edirdi ki, getsin baxsın epizodun təkrarına.
- Təmkin Xəlilzadə ilə İlkin Muradovu icarəyə vermək fikriniz var?
- Buna klub rəhbərliyi qərar verəcək. Hər ikisinə xeyli şans vermişik. Qarşılığında da nələrsə olmalıdır.
- Hansısa qarşıdurma ola bilər?
- Xeyr, heç bir qarşıdurma yoxdur. Biz ailə kimiyik, hamısına böyük qardaş olmuşam. Xüsusilə də yerli futbolçulara. Onlara qayğı göstərmişəm və qarşılığında müəyyən şeylər gözləyirəm. Qarşılığını almadıqda isə məyus oluram. Tələblərinə uyğun gəlmirsə və bu, uzun müddət davam edirsə, müəyyən qərarlar qəbul edirsən. Məsələn, mən indi sol müdafiəçi axtarıram. Çünki hazırda sol cinah müdafiəçimiz yalnız Slavik Alxasovdur. Özüm üçün də çətindir.
- "Sumqayıt" oyunboyu müdafiə olunurdu. Belə olacağını ehtimal edirdiz?
- Düzünü deyim, "Sumqayıt"ın oyunu bu qədər müdafiədən quracağını gözləmirdim. Çünki heyətlərində yaxşı futbolçular var. Onların "Qarabağ"a qarşı oyun planı uğurlu alınmışdı. Ona görə də buna hazır idik. Heyət də demək olar ki, eyni idi. Biz dominantlıq etdik, sadəcə bunu nəticəyə çevirə bilmədik. Yetərincə təcrübəm var. Bilirəm ki, oyun yoxdursa, çətindi. Amma oyun varsa, nəticə gələcək. Rahat olmaq lazımdır, oyunumuzu düzəltsək, hər şey yerini tapacaq.
- Sizcə, hücumçuya ehtiyac var?
- Gedişata baxırıq. Bəzən sərbəst oyunçular da tapmaq mümkündür. Hücum xəttini gücləndirəcək oyunçu təklifi olunsa, razılıq əldə edilsə, istəyərik. Oyunların sayı çoxdur. Mütləq heyəti genişləndirmək lazımdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
09.11.2026
08.11.2026
07.11.2026

















.jpeg)

.jpg)




