23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Ölkə futbolu

Zubir: "Qrup mərhələsində çıxış etməyə layiqik"

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə (Plzen, Çexiya) Bakıda keçirdikləri ilk matçdan (0:0) sonra jurnalistlərə açıqlama verib. 

Futbolxeber.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi qolsuz bərabərliklə yekunlaşan görüş barədə bunları deyib: 

“Çox yaxşı komandaya qarşı çıxış etdik. Çətin oyun oldu. Fiziki cəhətdən çətin və güclü qarşılaşma idi. Öz oyunumuzu göstərməyə çalışdıq. Amma bu, o qədər də asan deyildi. Səfərdə daha yaxşı nəticə əldə edəcəyimizə inanıram. Səfərə böyük həvəslə yollanacağıq. Orada əlimizdən gələnin ən yaxşısını edərək qalib gəlməyə çalışacağıq. Baş məşqçimiz Qurban Qurbanov bizə 2016-cı ildəki oyunu göstərməyib. Pley-offdayıqsa, deməli, qrup mərhələsində çıxış etməyə layiqik. Rəqib də pley-offdadırsa, deməli, güclüdür. Biz də əlimizdən gələni edəcəyik ki, səfərdə qalib gələk və Çempionlar Liqasının qrupuna düşək”.

Qeyd edək ki, bu komandalar arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31