1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

İslamiada: Millimiz yarımfinalda

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, yığmamız B qrupundakı sonuncu - 3-cü sınağında Mərakeş seçməsi ilə üz-üzə gəlib. "Konya Cumhuriyet" stadionunda oynanılan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Samir Əliyevin baş məşqçi olduğu kollektivdən qolları 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrup 2-cisi kimi yarımfinala yüksəlib.

Qeyd edək ki, yığma qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. İkinci qarşılaşamada isə İran seçməsi meydana çıxmadığından, Azərbaycana texniki qələbə verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31