12 Mart 2026, Cümə axşamı
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Ölkə futbolu

“Kəpəz”də oynamaq üçün əlavə məsuliyyət tələb olunur”

“Doğma komandamda qaldığım üçün sevincliyəm. İllərdi ki, “Kəpəz”də oynayıram. Klubumuz elitaya yüksəldiyi üçün iki qat gözəl hisslər keçirirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Kəpəz”in mətbuat xidmətinə açıqlamasında daha bir il “sarı-göylər”in şərəfini qoruyacaq Əli Səmədov deyib. Gənc yarımmüdafiəçi Azərbaycan Premyer Liqasına hazırlıqla bağlı fikirlərini də bölüşüb: “Hər şey qaydasında olub. Təlim-məşq toplanışını Bakıda keçdik. Heyətimiz yenilənib. Uşaqlar yavaş-yavaş komandaya uyğunlaşırlar. Təcrübəli və gənc futbolçularımız var, komandaya legionerlər də cəlb edilib. İlk gündən hamı istəklidir. “Kəpəz”də oynamaq başqadı və hamı bunun fərqindədir. Əlavə məsuliyyət tələb olunur”.

Əli Səmədov “Kəpəz”in Gəncədə oynaya bilməyəcəyinə də münasibət bildirib: “Bu qərar həm bizim, həm də azarkeşlər üçün yaxşı xəbər olmadı. Buna görə edilən etirazlar da başadüşüləndir. Fanatlar biz futbolçulara da müraciət edirlər. Biz də istəyirik ki, Gəncədə, futbolsevərlərimizin önündə oynayaq. Çünki doğma meydan və azarkeş amili bizə əlavə güc verir. Ümid edirəm ki, bunun bir yolu tapılar və tezliklə Gəncədə oynayarıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31