5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Rəşad Sadıqov: "Komandamız son matçdakı nəticəni artıq unudub"

"Sabah bizi "Makkabi"yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur. İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində "Makkabi"yə qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. 

40 yaşlı mütəxəssis komandasının ilk görüşdəki məğlubiyyəti unutduğunu bildirib: "Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq. Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31