5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Ölkə futbolu

Elmar Baxşıyev: “Komanda əlindən gələndən artığını edəcək”

“İlk qarşılaşmada məğlub olsaq da, sabahkı matça hazırıq. Düşünürəm ki, komanda əlindən gələndən artığını edəcək. Öz azarkeşlərimiz qarşısında oynayırıq və onları sevindirməyə çalışacağıq. Ümumi götürsək, komandanın səfərdəki ilk matçda nümayiş etdirdiyi oyundan məmnun qaldım. Görüşün müəyyən vaxtlarında futbolçular istədiyimizi maksimum verməyə çalışırdılar. Futbolçumuzun zədələnməsi də komandaya təsir etdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la (Macarıstan) cavab oyunu öncəsi mətbuat konfransında deyib.

"İlkin Qırtımov əsas futbolçularımızdan biridir. Onun meydandan çıxması oyun planında balansı pozdu. Rəqibi də fərqləndərərdim. “Fehervar” çox keyfiyyətli, yaxşı futbolçulardan ibarət kollektivdir. Amma yenə vurğulayıram ki, “Qəbələ” də rəqibimiz qədər keyfiyyətlərə malikdir. Düşünürəm ki, sabah hər iki tərəfi maraqlı matç gözləyir. Turnirə başlamamışdan əvvəl də heyətimiz çox geniş deyildi. Zədələnən futbolçu ilə bağlı durum hələ sual olaraq qalır. Qarşıda son məşqimiz var. Ümid edirik ki, bu məşqdən sonra müsbət qərar veriləcək” - deyə o bildirib.

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Fehervar" görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Macarıstan klubu 4:1 hesabı ilə qalib gəlib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31