Ölkə futbolu
Başını dik tut, Sadıqov!
Dünən sanki Azərbaycan futbolunun “qara cümə axşamısı” idi. “Zirə” Bakıda “Makkabi”yə uduzdu, “Qəbələ” səfərdə erkən qolla hər birimizi ümidləndirsə də ardını gətirə bilmədi, “Neftçi” isə Kiprdə “Aris” qarşısında aciz qaldı.
Konfrans Liqasının püşkatmasından sonra hər nə qədər optimist olmağa çalışsaq da, reallıq bu idi ki, “Zirə” və “Qəbələ”nin işi çox çətindi. Dünənki oyunlar da püşkdə təmsilçilərimizin bəxtinin gətirmədiyini göstərdi. Düzdür, “Zirə” və “Qəbələ”nin futbolçularının meydanda ayaqları əsmirdi. İlk yarının sonuna yaxın Keytanın təhlükəli zərbəsi qapıdan azca aralı keçməsəydi, yaxud erkən qoldan az sonra macarlar “Qəbələ”nin təhlükəli hücumunun qarşısını yalnız topu boş qapıdan çıxarmaqla almasaydılar, hər iki görüşdə nəticə fərqli ola bilərdi. İstənilən halda, istər “Makkabi”, istərsə də “Fehervar” güclü rəqibdi.
3 oyuna 3 məğlubiyyət olanda futboldan xoş nəsə yazmaq çətin məsələdi. Dünənki Azərbaycan futbolunun “qara cümə axşamısı”ndakı bəlkə də yeganə müsbət məqam 2 azərbaycanlı mütəxəssis - Rəşad Sadıqov və Elmar Baxşıyevin avrokuboklarda baş məşqçi kimi debüt etməsi idi.
İstər azarkeşlər, istər jurnalistlər, istərsə də mütəxəssislər arasında “Müstəqil Azərbaycanın ən yaxşı futbolçusu kimdir” sualı ətrafında həmişə maraqlı müzakirələr gedib. Azərbaycan futbolu arzuladığımız qədər inkişaf etməsə də, son 30 ildə yaxşı futbolçularımız olub. İndi bir-bir hamısının adını yazmaq həm vaxt itkisi olar, həm də hansısa biri yaddan çıxar. Ən yaxşısı bu suala öz cavabımızı deyək - Zaur Tağızadə və Rəşad Sadıqov. “Qızıl oğlan” texnikası, sürəti, vacib qolları ilə könülləri fəth edibsə, Rəşad mübarizə əzminə, əzmkarlığına, sona qədər meydanda döyüşməsinə görə azarkeşlərin sevgisini qazanıb. Tağızadə ilə müqayisədə Sadıqovun karyerası daha uzun müddətli alınıb - Çempionlar Liqasının qrup mərhələsi, millidə və avrokuboklarda 100 oyun həddini aşma, 4 dəfə legioner həyatı yaşamaq, 1-i Türkiyə təmsilçisi olmaqla 3 fərqli klubla avrokubok həyəcanı və s.
Bəlkə də “Zaman dayanmır, yaşlaşırıq” ifadəsini ən çox futbolda hiss edirik... Sanki dünən idi - 2001-ci il avqustun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Sloveniyanın “Hit Qoritsa” klubunu qəbul edirdi. Canlı izlədiyim həmin qarşılaşmada Tərlan Əhmədov, İqor Getman kimi təcrübəli müdafiəçilərlə yanaşı, arxa xətdə yer almış 7 nömrəli gənc Rəşad Sadıqov ilk dəqiqələrdən səliqəli, etibarlı, inamlı oyunu ilə diqqətləri cəlb elədi. 90 dəqiqə ərzində “Neftçi”nin qapısının toxunulmaz saxlanılmasında böyük rolu olan Sadıqov özünün də dediyi kimi, həmin gün karyerasındakı ən yaxşı oyunlardan birini keçirdi. Elə həmin gün stadiona toplaşan minlərlə azarkeş təxminən eyni proqnozu səsləndirdi - “Bu gənc müdafiənin karyerası parlaq alınacaq”. Alındı da. Yuxarıda da qeyd etdiyimiz kimi, Rəşad həm millidə, həm avrokuboklarda 100 oyun həddinə çatan ilk azərbaycanlı futbolçu oldu. Dünən - təxminən 21 ildən sonra isə Rəşad baş məşqçi kimi avrokuboklarda debüt etdi. Oyundan sonra “Zirə”nin çalışdırıcısına 21 il əvvəlki ilə müqayisədə indi hansı hisslər keçirdiyi və futbolçu, yoxsa məşqçi kimi avrokuboklarda debütun daha həyəcanlı olduğunu soruşduq. “O vaxt gənc idim, çox düşünmürdüm. Meydana çıxmaq, oynamaq istəyirdim. Böyük həvəslə də oynamışdım. Bu gün daha məsuliyyətlidir. Rəqib də fərqlidir. Meydanın kənarında oyuna çox müdaxilə edə bilmirsən. Bu da adamı gərginləşdirir. Bəlkə meydanda bu qədər stress keçirməzdim” - cavabını verdi Sadıqov. Həqiqətən də dünənki oyunda elə epizodlar olurdu ki, Rəşad az qalırdı özü meydana daxil olsun. Xüsusən də komandasının məğlub durumda olması ona pis təsir edirdi.
“Makkabi” debütu korlasa da, üzülməyə dəyməz. Vaxtı ilə Rəşadın futbolçu olduğu dövrdə Qurban Qurbanovun da məşqçi kimi avrokuboklarda debütu istənilən kimi alınmamışdı və Avstriyanın “Rid” klubu “Neftçi”ni mübarizədən kənarlaşdırmışdı. Lakin bu gün Qurbanovun işi, qazandığı nəticələr, Azərbaycan futbolunda yazdığı tarix göz önündədi. Qurban Qurbanovdan sonra bu estafeti Rəşad Sadıqovun alacağına, Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyacağına, məşqçi kimi sözünü deyəcəyinə inam böyükdür. Ona görə də dünənki yenilgi məyusedici olsa da, faciəvi deyil. “Bugünkü oyundan sonra komandam yeni səviyyəyə yüksələcək” dedi “Makkabi” ilə görüşdən sonra Sadıqov komandası barədə. Əminik, “Makkabi” ilə duellərdən sonra Rəşad Sadıqovun özü də məşqçi kimi yeni səviyyəyə yüksələcək.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























