7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

AFFA rəsmisi Qazaxıstanda səfərdə olub

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov 20-21 iyul tarixlərində UEFA-nın Matç Direktoru qismində, Qazaxstanın Kostanay şəhərində səfərdə olub.

Futbolxeber.az saytının məlumatına görə, UEFA tərəfindən ezam olunan E.Məmmədov səfər çərçivəsində ötən mövsüm Qazaxıstan çempionu olmuş “Tobol” klubunun ev oyunlarını keçirdiyi “Tsentralnıy” stadionunun 2022/23-cü illər mövsümünə UEFA yarışlarına hazırlıq səviyyəsi ilə tanış olub. 

Həmçinin, UEFA Avropa Konfrans Liqası yarışları çərçivəsində 21 iyul tarixində stadionda keçirilmiş matç zamanı (“Tobol” - “Lincoln Red İmps”) təşkilatı məsələlər və matç günü əməliyyatları ilə tanış olub. Səfər zamanı, həm də, klubun nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31