4 May 2026, Bazar ertəsi
"Sumqayıt"dan hakimlərə etiraz
“Kəpəz” və "İmişli" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Vernidub: “Bu oyun suyumu çıxardı”

Ölkə futbolu

Klublarımızın Konfrans Liqasındakı potensial rəqibləri məlum oldu

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, Nyonda keçirilən püşkatmada "Neftçi", "Zirə", "Qəbələ"nin də potensial rəqibləri müəyyənləşib.

"Neftçi” ikinci mərhələdə “Aris”i (Kipr) keçəcəyi halda növbəti raundda “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə görüşəcək. “Ağ-qaralar” ilk matçını evdə keçirəcək.

İkinci mərhələdə yarışacaq “Zirə” isə “Makkabi” (Tel-Əviv, İsrail) səddini adlayacağı halda 3-cü təsnifat mərhələsində “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalib ilə qarşılaşacaq. “Zirə” avrokuboklarda yoluna davam edərsə, növbəti raundda ilk görüşünü evdə keçirəcək.

KL-dəki üçüncü təmsilçimiz “Qəbələ” isə Macarıstan “Fehervar”ından üstün olsa, növbəti raundda “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə görüşəcək. “Qəbələ” -“Fehervar” cütünün güclüsü 3-cü mərhələyə evdə başlayacaq.

Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də olacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31