7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?
Millimiz Litvanı tək qolla məğlub etdi

Ölkə futbolu

Azərbaycan Premyer Liqası: Oyunlar həftədə üç gün olacaq

Azərbaycan Premyer Liqasının oyunları VAR (videoköməkçi hakim) sisteminə görə həftədə üç gün ərzində baş tutacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün püşkatma mərasimində bildirib.

PFL rəhbəri VAR sistemi ilə əlaqədar AFFA rəhbərliyi ilə görüşdüklərini söyləyib: "Hazırda bir gündə bölgələrdə istifadə olunması üçün bir maşın var. Bakıda belə problem yoxdur. Çünki həmin qurğu 80 km radiusu əhatə edə bilir. Ona görə də xahiş etdilər ki, bölgələrdə eyni gündə iki oyun olmasın. Biz də qərara aldıq ki, oyunlar cümə, şənbə və bazar günləri keçirilsin".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31