9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Xayme Romero: “Bunun arxasında 7 aylıq zəhmət və əziyyət dayanıb”

“Qarabağ”ın futbolçusu Xayme Romero instaqram hesabında yeni paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənardan qalan ispan futbolçu yenidən qayıdışı ilə bağlı sosial şəbəkədə bunları yazıb: 

“Bu fotonun arxasında 7 aylıq zəhmət və əziyyət dayanıb. Bunu yenə etdim, yenə qayıtdım”.

Qeyd edək ki, Xayme ötən ilin sentyabrında, Konfrans Liqasının 1-ci turunun “Bazel”lə görüşdə zədələnmişdi. O, Azərbaycan kubokunun yarımfinalında aprelin 29-u keçirilən "Qəbələ" ilə cavab görüşündə (5:0) 2-ci hissədə oyuna daxil olaraq yenidən yaşıl meydanlara qayıtmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31