10 Avqust 2026, Bazar ertəsi
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

Ölkə futbolu

Ozobiç yubileylə 9-cu oldu

Filip Ozobiç “Qarabağ”ın heyətində Premyer Liqada 30-cu qolunu vurub. 

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, yubiley topu 23-cü turun “Şamaxı” ilə matçına təsadüf edib.

8:0 hesablı qələbəyə dublla töhfə verən yarımmüdafiəçi öncə 30-cu, ardınca 31-ci qoluna imza atıb. O, “Qarabağ”da keçirdiyi 70-ci çempionat matçında buna nail olub.

Ozobiç Ağdam klubunun tarixinə ölkə çempionatında 30 və daha çox qol vuran 9-cu oyunçu kimi düşüb. Mütləq rekord 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.

Qeyd edək ki, Filip 2018/19 mövsümündə 9, 2019/20 mövsümündə 1, 2020/21 mövsümündə 11, cari çempionatda 10 dəfə fərqlənib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31