7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

Premyer Liqamızda 167 günlük həsrətə son

Premyer Liqanın 22-ci turunda “Qəbələ” ilə qarşılaşan “Səbail”in matçdakı üçüncü qolu ikiqat yubileylə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, İbrahim Aslanlının 73-cü dəqiqədə vurduğu qol klub tarixinə Premyer Liqada ümumilikdə 100-cü, evdə 50-ci qol kimi düşüb. Paytaxt təmsilçisi “100”ə 126-cı oyunda çatıb. Evdəki 50-ci topu 64-cü matçına təsadüf edən bakılılar digər 50 qolu səfərdə vurub.

3:0 hesabı ilə qalib gələn “Səbail” 6 oyunluq məğlubiyyət və 13 matçlıq qələbəsizlik seriyalarına son qoyub. Aftandil Hacıyevin komandası sonuncu dəfə ötən il oktyabrın 25-də üç xal qazanıb. 167 gün əvvəl paytaxt təmsilçisi “Qarabağ”ı 3:1 hesabı ilə məğlub edib.

Bu qələbə Hacıyevin baş məşqçi karyerasında yubiley xarakteri daşıyıb. Onun rəhbərliyi altında ümumilikdə 110-cu oyuna çıxan “Səbail” 30-cu dəfə qalib gəlib.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31