2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Pantiçdən "master-klass”

“Bakı” premyer-liqa matçlarına hazırlıq zamanı fərqli formalardan yararlanır. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Milinko Pantiç cərimə zərbələri üçün xüsusi hazırlıq keçir. Təmrinə əsasən 5 nəfərlik süni “canlı sədd”in önündə duran futbolçular növbə ilə cərimə nöqtəsindən dəqiqliklərini yoxlayırlar. Edin Nuredinoskinin qoruduğu “çərçivə”ni Əfran İsmayılov, Aleksandr Şoliç, Risto Ristoviç, Elvin Məmmədov və Mario Horvat yoxlamadan keçiriblər. Saatyarımlıq səhər məşqindən sonra verilən tapşırığı İsmayılov, Horvat və Şoliç daha dəqiq yerinə yetirib. Son tur “İnter”lə matçda (2:2) cərimə zərbəsindən fərqlənən Əfran yenə diqqət mərkəzinə düşüb. Çünki Pantiç oyunlar zamanı daha çox onun topun arxasına keçməsinə üstünlük verir. Üstəlik, çalışdırıcı hazırlıq zamanı özü də qapıya vurduğu zərbələrlə yetirmələrinə “master-klass”ını göstərir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28