Ölkə futbolu
Samir Abasov: “Bu cür turnirdə məşqçi kimi iştirak etmək fəxrdir”
"Uzun müddətdən sona “Neftçi”ni, Azərbaycanı bu cür turnirdə təmsil etmək “Neftçi” ailəsi üçün qüruruverici və şərəfdir. Yalandan danışmayım, oyundan əvvəl üstümüzdə gərginlik var. Bu da turnirin böyüklüyündən irəli gəlir. Bu cür mötəbər turnirdə məşqçi kimi iştirak etmək fəxrdir".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah Tbilisi "Dinamos"u ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, komandada müəyyən çətinliklərin olduğunu, ancaq bunu bəhanə etmək istəmədiyini bildirib: "Elə futbolçularımız var ki, belə turnirlərdə iştirak etməyiblər. Amma inanırıq ki, sabah oyuna çıxandan sonra hər şey yaddan çıxacaq, gərginlik meydandan kənarda qalacaq, “Neftçi”ni, xalqımızı təmsil edəcəyik. Nə qədər bu oyuna kimi problemlər yaşadıq, şişirdib danışmaq istəmirəm. Necə hazırlaşmışıq, bunu da sabah oyun göstərəcək. Rəqibin bizim üstümüzdə üstünlükləri var. Gürcüstanda çempionat davam edir, 17-ci tur gedir. Həm taktiki, həm fiziki baxımdan bizimlə müqayisədə tam hazırdılar. Yaxşı toplanış keçmişik, cəmi 3 oyun oynayıb, bura gəlirik. Onlardan biri fiziki hazırlıq, digər iki oyun isə “Dinamo” ilə matçı üçün idi. Bütün bunları kənara qoyacağıq. Çalışacağıq ki, öz adımızı burada yaxşı təmsil edək. Sabahkı oyunun nə qədər gərgin keçəcəyi bizə məlumdur. “Dinamo” bizim kimi tarixi, köklü klubdur. Kaxaber Sxadadze gələndən sonra 5 oyunlarını izləmişik, hansı sxemdə, taktikada oynadıqları bizə bəllidir. Ancaq vizual baxmaq ayrıdır, komandanı canlı hiss etmək ayrı. Bunu futbolçular meydana çıxandan sonra hiss edəcəklər. “Dinamo” necə oynayacaq bizə də aydın deyil. Kaxaberi çox yaxşı tanıyıram. Onun işlədiyi komandalar nəyə qadirdir bilirəm, futbolçusu olmuşam. Bizi maraqlı oyun gözləyir, görək sabah necə olacaq".
S.Abasov sabahkı görüş üçün start heyəti müəyyənləşdirdiyini, ancaq açıqlamağa tələsmədiyini deyib: "İndidən heyətə bağlı danışmaq düzgün deyil. Bir gün vaxt var. Deməzdim ki, qərar verməmişik. Beynimizdə 90-95 faiz heyət bəllidir. Sadəcə, tələsməməyimizi istərdim. Əlimizdə olan futbolçulara, sistemə görə futbolçular yoxladıq. Çox yoxlama görüşü də keçirmədik. 17 tur oynamış rəqibə qarşı mübarizə aparacağıq. Düşünürəm ki, heyətdə yer alacaq oyunçular tam öz işini bilərək meydana çıxacaq".
43 yaşlı mütəxəssis "Kaxaber Sxadadzenin futbolçusu olmusuz. Onun iş təcrübəsindən faydalanmısınızmı?" sualını belə cavablandırıb: "Sırf Kaxanı kopyalayıb işlədiyimi deməzdim. Nəinki Kaxaberdən, işlədiyim məşqçilərdən ən yaxşısını götürməyə çalışmışam ki, təcrübəmdə istifadə edim. Bunların içində Kaxa öndə gedənlərdəndir. Onun məşqçiliyinə hörmətim çoxdur. Burada danışdıqlarımızla, meydançada etdiklərimiz düz gəlməyə bilər. Amma inanıram ki, hamısı üst-üstə düşəcək".
S.Abasov oyuna həddindən artıq motivasiya olmağın da zərərli ola biləcəyini qeyd edib: "İnanıram ki, gərginliyi cilovlamaq çətin olmayacaq. Bütün məsuliyyətimizlə oyuna çıxırıq. Haranı təmsil etdiyimizi bilirik. Biri var çempionat, biri də var belə turnirdə "Neftçi" kimi çıxış edirsən. Rəqib də elə-belə komanda deyil. Həddən artıq çox istəmək də “yanmağa” səbəb olur. Fikrimizdən keçirməyək, olmasın. Gərgin deyəndə, bütün oyunçuların üzərindəki məsuliyyət nəzərdə tuturam.
Hər bir komandanın özünə görə problemləri var. Rəqib oyun çoxluğundan şikayət edirsə, mən oyun azlığından şikayət edərəm. Yeni oyunçular komandaya gec qoşuldu. Hər komandanın bu oyuna görə problemləri var. Bunun üzərində dayanmayacağıq".
S.Abasov yeni transferin olacağını da əlavə edib: "Hələ ki, danışıq apardığımız oyunçular var, yollarını gözləyirik. Təəssüf ki, bu oyuna çatdırmadıq. Buna baxmayaraq, əlimizdəki oyunçularla yaxşı hazırlıq keçmişik. Bu cür turnirlər bir oyundan ibarət deyil, iki oyunun nəticəsinə görə ümumi fikrə gəlmək olar. Bəzən mediada bizi keyfiyyət baxımından müqayisə edirlər, bununla razılaşmıram. Biz özümüz komanda olaraq bu yolda getsək, səhv etmiş olarıq. Cavab görüşündə keyfiyyət yox, ortaya xarakter qoymalıyıq. Anlamalıyıq ki, haranı təmsil edirik. Mənim üçün də xarakter məsələsi önəmlidir, belə turnirlərdə əsasdır. Xarakteri ortaya qoyub oyunlardan baçı uca çıxmalıyıq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
14.10.2026
13.10.2026
12.10.2026
























