5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Sumqayıt”ın rəqibini yaxından tanıyaq

"Sumqayıt" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt”ın Feysbuk səhifəsi rəqib haqqında bəzi məlumatları payaşıb:

- 1924-cü ildə əsası qoyulan komanda Belqrad şəhəri yaxınlığındakı Çukaritsa əyalətini təmsil edir. Rəqibimiz ötən mövsümü lider “Partizan”dan 34 xal geridə, 3-cü pillədə tamamlayıb. Ev oyunlarını 4070 nəfər azarkeş tutumu olan “Çukariçki” stadionunda keçirən Serbiya təmsilçisi 1996 və 1997-ci ildə UEFA İntertoto Kuboku, 2014/15, 2015/16, 2016/17 və 2019/2020 mövsümlərində UEFA Avropa Liqasının təsnifat mərhələlərində iştirak edib. 2015/16 mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşan rəqibimiz ümumi hesabda 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. "Çukariçki" 2014/15 mövsümündə Serbiya Kubokunun qalibi, 2014/15, 2015/16 və 2020/21 mövsümlərində Serbiya çempionatının bürünc medalçısı olub.

Qeyd edək ki, "Çukariçki" - "Sumqayıt" qarşılaşması iyulun 21-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31