6 Noyabr 2026, Cümə
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

“Keşlə”: 50-ci oyunda 10-cu məğlubiyyət

“Keşlə” Azərbaycan kubokunda 50-ci ev oyununu keçirib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, turnirdə 1997/98 mövsümündə debüt edən paytaxt təmsilçisinin yubileyi yarımfinalın “Zirə” ilə ilk matçına təsadüf edib.

1:2 hesabı ilə uduzan Sənan Qurbanovun yetirmələri həm də klub tarixində 10-cu ev məğlubiyyətini alıb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komanda öz meydanında keçirdiyi digər görüşlərdə 30 qələbə qazanıb və 10 heç-heçə edib.

Qeyd edək ki, yalnız iki komanda kubokda daha çox ev oyunu keçirib. “Neftçi” 77, “Qarabağ” 71 dəfə rəqibini öz meydanında qəbul edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30