2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın öz meydanında 75-ci böyükhesablı qələbəsi

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, bu, Ağdam təmsilçisinin tarixinə evdə 75-ci böyükhesablı qələbə kimi düşüb.

“Qarabağ”ın öz meydanındakı ilk belə qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. Həmin gün ağdamlılar Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib. 8 qat ölkə çempionunun ən böyük fərqlə qalib gəldiyi ev oyunlarında isə 7:0 hesabı qeydə alınıb. “Qarabağ” 1995/96 mövsümündə “Pambıqçı”nın (Neftçala), 2003/04 mövsümündə isə “Ədliyyə”nin qapısına 7 cavabsız qol vurub.

Qeyd edək ki, cari mövsümdə 7-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Qarabağ” ümumilikdə 112-ci belə uğuruna imza atıb (pfl.az).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28