4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Ölkə futbolu

"Zirə" - "Keşlə": 23-cü duel

“Zirə” Premyer Liqanın 22-ci turunda “Keşlə” ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, Zirə İdman Kompleksindəki matç iki rəqib arasında çempionatdakı 23-cü duel olacaq. Əvvəlki 22 oyunda 7 dəfə qalib gələn “Zirə” 9 dəfə heç-heçə ilə kifayətlənib və 6 matçda uduzub. Bu üstünlük top fərqində də əksini tapıb - 28:27.  Komanda cari mövsüm “Keşlə”yə qarşı keçirilən son üç görüşdə uduzmayıb. Bu görüşlərin hər birində 2 və ya daha çox qola imza atan komanda ümumilikdə 8 qolla 7 xal toplayıb.

“Keşlə” ilə 10 ev oyununda üz-üzə gələn “Zirə” 4 dəfə qalib gəlib. 5 səfər heç-heçəsi olan komanda 1 dəfə doğma meydanda uduzub. Evdə 16 qol vuran futbolçular 10 top buraxıb.

Qeyd edək ki, aprelin 11-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Keşlə” matçı saat 17:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31