Ölkə futbolu
De Byazi: “Kim oyunlarımıza baxsa, görər ki...”
“Güclü rəqibə qarşı oynadıq. Bəzən səhvlər bizə baha başa gəlir”.
Futbolxeber.az saytının məlumatına görə, millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Bakıda Serbiya millisinə 1:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında deyib.
Daha sonra italiyalı mütəxəssis sualları cavablandırıb:
- Bu nəticədən sonra əhvalınız necədir?
- Özümü yaxşı hiss edirəm. Nəticəyə görə məyusam. Yaxşı nəticəyə köklənmişdik. Rəqibin hücumçusu Mitroviç 3 oyunda 5 qol vurub. Bu gün iki zərbə vurdu, hər ikisi qolla nəticələndi. Bizim isə 4 qol epizodumuz oldu, ancaq yararlana bilmədik. Fərq elə bundadır. Futbolçularıma oyundan sonra təşəkkür etdim. Çünki çox güclü komanda ilə oynayırdıq. İrəliləməkdə, inkişaf etməkdə davam edəcəyik.
- Rəqiblərimiz güclü olsalar da, reallıq budur ki, seçmə mərhələnin ilk iki oyununda xal qazana bilmədik. Yaxın gələcək üçün azarkeşlərə ümidverici nəsə deyə bilərsiniz?
- Kim oyunlarımıza baxsa, görər ki, pozitiv hallar çoxdur. Güclü rəqiblərlə oynadıq. Bu gün son 10 dəqiqədə uduzduq.
- Namiq Ələsgərovun konkret hansı cəhəti sizi qane etmir? Məsələn, sizdən əvvəlki baş məşqçimiz Emin Mahmudovu milliyə dəvət etmirdi və bildirirdi ki, sisteminə uyğun deyil. Sizin Namiq Ələsgərovla bağlı narazılığınız nədir?
- Bütün oyunçuların klubdakı çıxışına da, məşqlərinə də baxıram. Namiqi kənara atmamışam. Onunla bağlı böyük ümidlərim var. Sadəcə, bu gün fiziki cəhətdən güclü rəqiblə oynayırdıq. Bu görüş ona görə deyildi.
- Anatoli Nuriyev meydandan çıxarkən sanki etiraz edirdi...
- Özü əvəzlənmək istədi. Hətta dedi ki, Azər Salahlı da əvəzlənmək istəyir. Onlar özü əvəzləmək istəyirdi.
- İstədiyiniz komandanı formalaşdırmaq və final mərhələsinə daşımaq üçün nə qədər vaxt lazımdır?
- Albaniya ilə Avropa çempionatına çıxmaq üçün 4 il vaxt lazım oldu. İlk iki ildə komandanı qurduq. Sonra Serbiya, Danimarka və Ermənistanı geridə qoyaraq Avropa çempionatına yollandıq.
- Dörd ildən sonra milli üzvləri rəqibdən utanmadan meydana çıxıb mübarizə apara biləcəklər?
- Bu gün yaxşı oynadığımızı fikirləşirəm. Güclü komandaya qarşı fiziki cəhətdən yaxşı mübarizə apardıq. Düz yoldayıq. Bilirəm ki, asan deyil. Asan iş də xoşuma gəlmir. Görürəm ki, uşaqlar da yavaş-yavaş məni başa düşürlər. Fiziki durumumuz da yaxşı olacaq. Altı gün əvvəl Portuqaliya ilə oynadıq. Bu gün ikinci hissədə bəzi oyunçuların gücü çatmırdı.
- Bu oyun fəlsəfəsinə bundan sonra da sadiq qalacaqsınız?
- Yaxşı sualdır, hətta gülmək istəyirəm. Dünən uşaqlarla bu barədə danışdım. Dedim ki, reytinq baxımından qrupda 5-ciyik. Burada qalmaq istəyirik? Əgər dəyişmək istəyiriksə, heç nədən qorxmamalıyıq, sona kimi mübarizə aparmalıyıq. Bu gün ilk hissədə ev tapşırığından qol vura bilərdik. Fikirləşirəm ki, bu fəlsəfə ilə davam edəcəyik. Belə güclü rəqiblərə qarşı olmayacaq. Onların oyunçularının çoxu Avropanın aparıcı klublarında çıxış edir. Bizdə legioner təkcə Nuriyevdir, o da Ukraynanın 13-cü komandasındadır.
- Fərid Nəbiyev adlı futbolçudan xəbərdarsınız?
- Bəli, tanıyıram. Çexiyanın ikinci liqasında oynayır. Amma indi milliyə çağırdığımız oyunçular ondan daha hazırlıqlıdır.
- Qeyd etdiniz ki, cəmi 1 legionerimiz var. Eddi İsrafilov, Dmitri Nazarov kimi oyunçuların üstündən birdəfəlik xətt çəkildi, yoxsa onların yenidən milliyə cəlb olunmaq ehtimalları var?
- Hazırda daha çox bizim çempionatda olanları çağırırıq. Çünki onlarla işləmək daha asan olar. Gənc komandayıq, formalaşırıq. Çalışırıq ən doğru yolla gedək. Son illər millidə nəticələr yaxşı deyil. Bu tendensiyanı dəyişməyə çalışacağıq.
- Aleksey İsayev debüt oyunundan sonra erməni şəxsin paylaşımına “qardaşım” yazıb. Onu milliyə dəvət edərkən ictimaiyyətin fikrini nəzərə alacaqsınız?
- O özü də başa düşür ki, çox böyük səhv edir. Ona görə də yazdığını sildi. İsayevi buna görə öldürməyə dəyməz. Əsas odur ki, səhvini başa düşüb.
- Sabiq komandanız Albaniya millisinin futbolçularında hansı müsbət xüsusiyyət var ki, bizim futbolçularda yoxdur?
- Bəzi səbəblərdən 90-cı illərdə çoxlu albaniyalı Avropaya köçmüşdü. Mən yeni gələndə vəziyyət gərgin idi. Azarkeşlər inanmırdı biz Avropa çempionatına çıxarıq. Amma biz bunu bacardıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya məğlub oldu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
16:00
Daha 3 komanda 1/8 fnalda
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:30
DÇ: U-15 millimiz Çiliyə məğlub oldu
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
09:20
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununa çıxır
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:39
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
-
16:18
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
16:00
"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırıldı
-
15:51
Azərbaycan ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi
-
15:44
Azərbaycan çempionatının püşkü atıldı
-
15:32
Minifutbol üzrə ölkə çempionatın 12 komanda yarışacaq
-
15:25
Orxan Məmmədov: "Çempionat güclü olmasa, milli stabil çıxış edə bilməz"
-
14:56
Azərbaycan Super Liqası: II turun oyunlarının vaxtı açıqlanıb
-
14:13
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
28.10.2026
27.10.2026
























