Ölkə futbolu
"Əcnəbi futbolçular Azərbaycana getmək üçün çalışırlar"
"Neftçi" sabiq qapıçısı, Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin köməkçisi Boban Baykoviç ölkəsinin "Blic" nəşrinə müsahibə verib.
- Azərbaycan 2003-cü ildə Serbiya və Monteneqro ilə səfər oyununda 2:2 hesablı heç-heçəyə etmişdi. Onlar evdə 2:1 hesablı qələbə qazanmışdılar. Həmin komanda ilə indiki arasında nə qədər fərq var?
- Rəqibin həmin dövrdəki vəziyyəti ilə indiki durumu arasında yerlə göy qədər fərq var. Həmin vaxt Azərbaycan yalnız yolun başlanğıcında idi. Yəni hələ futbolu təzəcə öyrənməyə başlayırdılar. Amma sonra utandırıcı belə olsa, onlar bizim komandamızı məhv etdilər. Lakin futbolda belə şeylər olur. Ümid edirəm ki, bunu bir daha yaşamarıq.
- Sözlərinizdən belə çıxır ki, biz onlarda futbolun inkişafına kömək etmiş olduq...
- Zarafat sayılsa da, elədir. Lakin onlar futbola yatırım edirlər. Bilirəm ki, həmin vaxt bizim futbolçularımızı onların stadionlarındakı ot örtüyünün vəziyyəti narahat edirdi. Amma indi Azərbaycanda bütün futbol meydanları xalça kimidir. Onların maddi problemləri yoxdur. Hətta əcnəbi futbolçular Azərbaycana getmək üçün çalışırlar. Üstəlik Azərbaycanın Avropada böyük təcrübəyə malik olan "Qarabağ" kimi klubu da var. Qurban Qurbanov uzun müddətdir bu komandaya baş məşqçilik edir. Azərbaycanda onu milli komandaya, ölkə futbolu üçün etdiyi hər şeyə görə yüksək qiymətləndirirlər.
- Bəs bu sözlərin eynisini 2014 - 2017-ci illərdə Azərbaycan millisinə baş məşqçilik etmiş Robert Prosineçki barədə də demək olar?
- Bu, Robinin komandasıdır. Düşünürəm ki, hazırda yığmada olan futbolçuların 80 faizini komandaya elə Prosineçki gətirib. O, bu futbolçuların hamısını öyrədib. Prosineçki mənə izah etmişdi ki, Azərbaycanda futbol çox sevilir və oyunçular yığmada milyon faiz qüvvə ilə çıxış edirlər. Söhbət ölkədən, dövlətdən gedəndə onlar fanatikdirlər. Dövlət səviyyəsində futbola diqqət göstərilir. Buna görə Azərbaycanla oynamaq bizim üçün çətin olacaq. Xatırlayıram ki, onlar Norveçi 1:0 hesabı ilə yenərək, Çexiya və Xorvatiya ilə heç-heçə etdilər. Bütün bunlara Prosineçki nail olmuşdu.
- Belə təəssürat yaranır ki, Azərbaycan bütün oyunlsrda 0:0 hesablı heç-heçə əldə edir...
- İlk dəqiqələrdən demək olar ki, bir xal üçün oynayırlar. Onlar nəyə qadir olduqlarını və nəyi bacardıqlarını yaxşı bilirlər. Azərbaycan millisi çox sərt və çətin rəqibdir. Bu komanda ilə oyunlarda konkret olaraq hədəf qoya bilmərsiniz. Portuqaliya ilə necə oynadıqlarını gördünüzmü? Yalnız 1:0! Təqribən 10 il əvvələ qədər Portuqaliya bu komandaya 7-8 top fərqi ilə qalib gəlirdi. Azərbaycan millisi intizamlıdır. Onlar baş məşqçini dinləyirlər və inprovizə etmirlər. Məni səhv başa düşməyin, bizim olduqca yaxşı komandamız var, amma bu, Bakıdakı matçda az əhəmiyyət kəsb edir. Gördünüz ki, Lüksemburq Dublində İrlandiyaya qalib gəldi. Yəni bizim qrupda hər şey ola bilər. Azərbaycanla səfər görüşündə 3 xal qazana bilməsək, Qətərdəki dünya çempionatına dərhal yollana bilmərik.
- Bəs Serbiya millisinə nə məsləhət görərdiniz?
- Baş məşqçi Piksinin yığmadakı işi xoşuma gəlir. O, komandanı gəncləşdirib. Komandanın heyətində çoxlu dəyişiklik edib. Düşünürəm ki, yığmada hər şey yaxşıdır. Stoykoviç özü də futbolçu olub və oyunçular bunu hiss edirlər. O, kollektivdə münasibətləri qaydasına salmağa bacarıb. İndi biz yalnız daha yaxşı oynaya bilərik. Azərbaycanla oyuna gəldikdə isə, əsas olan hesabı ilk 15 dəqiqə ərzində açmaqdır. Bunu edə bilsək, 3:0 və ya 4:0 hesabı ilə qalib gələ bilərik. Oyunçular öz hisslərinə qapılmamalıdırlar. Xoşbəxtlikdən yaxşı futbolçularımız var və inamlı qələbə qazanacağımıza ümidvaram. Bilirsiniz, Azərbaycan yığması üçün qol vurmaq çətindir. Lakin Allah eləməsin, onlar 1:0 hesabı ilə önə çıxsalar, hər şey ola bilər. Buna görə də, rəqibi qiymətləndirməmək olmaz. Çünki "xırda oyunlar"da qələbə qazanmadan dünya çempionatına yollanmaq olmaz.
- Sizcə, Azərbaycan Prosineçkiyə zəng edərək, Serbiya ilə oyunla bağlı məsəhət alacaq?
- Onu tapa bilsələr, əlbəttə. Bu, bir zarafatdır. Məncə, onlar Prosineçki ilə əlaqə saxlamağa çalışırlar. Biz Robi ilə Türkiyədə "Denizlispor"da işləyəndə birgə işimizi başa vurduqdan sonra yeni təklif gözləyirik. Məşqçi işi belədir (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:50
“Neftçi” liderliyi ələ keçirdi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























