Ölkə futbolu
“Sabah” rəhbərliyi Volkovu 500, Klesionu isə 1000 dollara görə transfer etmədi”
"Sabah"ın sabiq baş məşqçisi Jelko Sopiçin müsahibəsi
- Hazırda nə işlə məşğul olursunuz? Azərbaycanı tərk etdikdən sonra özünüzə yeni komanda tapa bilmisiniz?
- Xeyr, hələ ki, işsizəm. Əslində bir müddət öncə 2 klubla anlaşaraq, ilkin müqavilə imzalamışdım. Sadəcə, pandemiya səbəbindən həmin ölkələrə gedə bilmədim. Klubların biri Qazaxıstan təmsilçisi idi. Təəssüf ki, alınmadı, hər şey məhv oldu.
- Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsiniz?
- Yalnız vaxtım olanda bunu edə bilirəm. "Sabah"ın uzağı 6-7 oyununu izləmişəm. Həmçinin, Filip Ozobiçə görə hərdən "Qarabağ"ın matçlarına baxıram. Ozobiçlə yaxşı münasibətlərim var. Son olaraq, "Zirə" ilə görüşlərini izlədim.
- Keçmiş komandanız hələ də istənilən səviyyədə çıxış etmir və hazırda sonuncu pillədədir...
- Bəli, mənim üçün çox kədərlidir, komanda son sırada qərarlaşıb. Nə deyə bilərəm? Klub üçün pis vəziyyət və çətin dövrdür. Başqa nə deyəcəyimi bilmirəm.
- Sizin gedişinizdən sonra komandanın sükanı arxasına gətirilən Visente Qomes də istefaya göndərildi...
- Bu, mənim üçün yeni xəbərdir. Amma məşqçi həyatı belədir: nəticə olmayanda göndərilirsən. Hazırkı komanda mənim vaxtımdakından daha keyfiyyətli olsa da, nəticələr ürəkaçan deyildi. Bu mənada gözlənilən qərar oldu. Biz hər an hər şeyə hazır olmalıyıq. Bu, həyatımızın bir parçasıdır.
- Sizcə, "Sabah"ın əsas problemi baş məşqçilərlə bağlıdır?
- Təbii ki, yox. Açığı, bu barədə danışmaq istəmirəm. Lakin daha əvvəl işlədiyim komandalarda yaxşı nəticələr qazanmışam. Çünki oyunçuları özüm seçmişəm. Klub yeni baş məşqçi gətirirsə, ona bu imkanı yaratmalıdır. Çünki işlər düz getməyəndə ilk olaraq kim göndərilir? Baş məşqçi. Təbii ki, bu, normal haldır. Amma ona imkan yaratmasan, heç nə alınmayacaq. Düzdür, klubda müəyyən problemlər var. Gözləntilərlə nəticələr üst-üstə düşmür. Lakin bunun konkret olaraq, kimdən və ya nədən qaynaqlandığını deyə bilmərəm. Mən yalnız özümə cavabdehəm. Klubun adından danışmaq mənə düşməz.
- Demək istəyirsiniz ki, sizə "Sabah"da oyunçu seçmək imkanı verilmədi?
- Futbolçuları kim seçir? Bu suala cavab verə bilərsiniz? Azad agent olan futbolçular istəyirsənsə, onların arasından daha yaxşılarını seçməlisən. Transfer işlərindən başın çıxıb-çıxmır, bu, artıq başqa sualdır. Qərarı kim verir və futbolçuları kim transfer edirsə, məsuliyyəti də həmin şəxs öz üzərinə götürməlidir. Fikrimcə, indi nəyin səhv, nəyin düz olmasını danışmaq üçün ideal vaxt deyil. Azərbaycan çempionatı pandemiya səbəbindən vaxtından əvvəl başa çatdırılanda avrokuboklar zonasından cəmi 2 xal geridə idik. Demirəm ki, 100 faiz Avropa Liqasına düşəcəkdik. Amma şansımız yüksək idi. Bundan sonra rəhbərliklə danışığımız oldu. Klubda çalışan insanlar düşünürdülər ki, biz növbəti mövsümdə yüksək səviyyədə çıxış etməliyik. Amma mən öz fikrimi bildirdim və sonadək arxasında dayandım. Dedim ki, bu futbolçularla istədiyimiz nəticələri qazana bilməyəcəyik. Çünki heyətimiz yaxşı deyildi. Məsələn, hazırkı komanda mənim vaxtımdakından 40-50 faiz daha güclüdür. Amma yenə nəticə yoxdur. Kimsə səhv edir. Bunu da klubda işləyən insanlar bilməlidir.
- Klubda transfer işləri ilə kim məşğul olurdu?
- Çox dərinə getmək istəmirəm, çünki hamının səhvi var idi. Komandaya yeni gələndə yalnız Mario Marinanı ala bildik. Digər futbolçu isə bir qədər gec gəldi. Bəzi insanlar başa düşmürlər ki, yeni oyunçular bir-birilərinə uyğunlaşmaqdan ötrü təlim-məşq-toplanışında və yoxlama oyunlarında birlikdə iştirak etməlidirlər. Çempionat başladıqdan sonra futbolçu almırlar. Məsələn, Xulio Sezar Rodrigez və Yevgeni Koçuk ilk turun oyunundan bir gün öncə transfer edildi. İki cür qərar olur: gecikmiş və ya səhv. Bizdə də eyni vəziyyət yaşandı. Bu cür qərarlara görə istədiyin nəticəni qazana bilmirsən. Bilirsiniz, ən böyük problem nədir? 2019-cu ilin dekabrında komandaya gələndə artıq 6-7 əcnəbi oyunçu transfer edilmişdi və hər biri ilə 2 illik müqavilə imzalanmışdı. Bu halda nə edə bilərsən? Məcbursan ki, əlindəki futbolçulardan komanda qurasan. Çünki onları göndərib, yerinə oyunçular almaq əlavə xərc deməkdir.
- "Sabah"da çalışarkən, elə futbolçular oldumu ki, siz istədiniz, amma rəhbərlik almadı?
- Əlbəttə, oldu. Davit Volkov və Klesio Bauk mənim ən çox istədiyim futbolçulardan idi. Amma transfer edilmədi?
- Niyə?
- Dedilər ki, çox bahadır (gülür). Təsəvvür edin, Volkovu 500, Klesionu isə hardasa 1000 ABŞ dollarına görə əldən buraxdıq. Əlavə 500-1000 ABŞ dolları maaş vermək istəmədikləri üçün keçidlər baş tutmadı.
- Klubun büdcəsi buna imkan vermirdi?
- Əlbəttə ki, yox. "Sabah"ın pulu var idi. Sadəcə, həmin oyunçular mən istədiyim üçün alınmadı. Dedilər ki, bahadır və bizim bu futbolçulara ehtiyacımız yoxdur. Yeganə problem mənim baş məşqçi olmağım idi.
- Gəlin, konkretləşdirək. "Sabah"ın uğursuzluğunun əsas günahkarı kim və ya kimlərdir?
- Dostum, Azərbaycandan ayrıldıqdan sonra ilk geniş müsahibəni sizə verirəm. 3 gün öncə "Yuventus" Çempionlar Liqasında mübarizəni dayandırdı. Heyətdə Krişitanu Ronaldu və onlarla ulduz futbolçu var. Amma 1/4 finala çıxa bilmədilər. Kimdir günahkardır: Baş məşqçi, futbolçular, yoxsa rəhbərlik? Əvvəl də dəfələrlə dediyim kimi, hamının günahı var. Barmağını konkret olaraq bir nəfərin üzərinə qoya bilməzsən. Hər kəsin səhvi var. Sadəcə, bu, kimdəsə çox, kimdəsə azdır. Baş məşqçi kimi hər zaman öz ideyam olub və buna sadiq qalmışam.
- "Sabah"ın prezidenti Maqsud Adıgözəlov son 3 mövsümdə Azərbaycan Premyer Liqasında ən çox baş məşqçi dəyişən klub rəhbəridir...
- Bu barədə heç nə deyə bilmərəm. Hərənin öz fikri var. Mən komandanın uğur qazanması üçün nələrin lazım olduğunu bilirdim. Müəyyən inkişafa nail olmuşduq. Mövsüm vaxtından əvvəl başa çatdırılmasaydı, avrokuboklara vəsiqə qazana bilərdik. Sonradan rəhbərliklə danışdıq, fikirlərimiz üst-üstə düşmədi. Nəticədə yollarımızı ayırdıq. Yenə deyirəm, baş məşqçiyəmsə, komanda ilə bağlı hər şeyə mən qərar verməliyəm. Çünki uğursuzluq olanda kimin başı gedəcək? Təbii ki, mənim ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
- FİASKO - U-19 Gürcüstana da böyük hesabla uduzdu
- Erhan Toker: "Hücumda çıxışımız yaxşı alındı"
- Baş katibin “irəliləyişi” - Avropada ən zəif nəticə
- "Abşeron Lions" yarımfinalda
-
21:27
Rəşad Sadıqov: “Sabah”ın start heyətini görəndə məndə bir az məyusluq oldu”
-
21:12
“Uşaqlar maksimumunu ortaya qoydu”
-
20:51
Valdas Dambrauskas: “Neftçi” son vaxtlar ən yaxşı formada olan komandadır”
-
20:43
Yuri Vernidub: “Bu, bizim qələbələrimizin təminatçısıdır”
-
20:06
Azərbaycanı növbəti mövsüm avrokuboklarda təmsil edəcək bütün klublar məlumdur
-
20:00
"Neftçi" və "Zirə" qalib gəldi
-
19:54
“Neftçi” 3 ildən sonra avrokuboklarda!
-
17:15
"Sabah" - "Neftçi": Heyətlər müəyyənləşdi
-
16:59
"Zirə" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:28
Xabi Alonso rəsmən “Çelsi”də
-
12:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:47
Nəriman Axundzadə ehtiyatda qaldı
-
11:14
Dadaşov komandasını məğlubiyyətdən xilas etdi
-
10:51
Cüdoçularımızdan Avropa Kubokunda uğurlu start
-
10:36
"Borussiya"dan səfər qələbəsi VİDEO
-
10:02
Cəlal Hüseynovdan növbəti qol
-
09:45
"Bavariya"dan darmadağın VİDEO
-
21:43
Şamaxıda 5 qol VİDEO
-
20:39
Qurban Qurbanov: "Bəzi futbolçularla vidalaşacağıq"
-
20:27
"Qarabağ" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:58
Berdıyev: "3-cü qolu buraxmasaydıq...”
-
19:15
99 mükafat: 34 mövsüm, 21 komanda
-
19:01
"Turan Tovuz" uduzdu, "Qarabağ" qalib gəldi
-
16:44
I Liqada son turun oyun cədvəli məlum oldu
-
15:52
DÇ-2026: Tunisin heyəti açıqlandı
-
15:00
Danimarka kubokunun qalibi müəyyənləşdi
-
14:33
Əl Şəravi "Roma"dan ayrılır
-
13:17
Millimizin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
-
12:28
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
-
11:45
Ramon Maçado: “Rəhbərlik bu il kluba çox pul xərcləsə də, təəssüf ki...”
-
11:09
Manuel Noyer daha 1 il "Bavariya"da
-
10:31
Dünya Seriyası: "Neftçi" bu gün iki oyun keçirəcək
-
10:12
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:54
“Beşiktaş” mövsümü heç-heçə ilə başa vurdu VİDEO
-
23:57
"Araz-Naxçıvan" "Kəpəz"i 2 qolla üstələdi VİDEO
-
22:42
Andrey Demçenko: “Rəhbərlik necə qərar verəcəksə, elə də olacaq”
-
22:18
Azər Bağırov: “Hər şeyi zaman göstərəcək"
-
22:05
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
-
21:23
"Araz-Naxçıvan" və "Qəbələ"dən qələbə
-
20:56
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
-
20:39
"Karvan-Yevlax" - "Qəbələ" matçında 3 qol VİDEO
-
20:21
Kaxaber Sxadadzedən qələbə şərhi
-
20:00
Füzuli Məmmədov: "Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa, "Karvan-Yevlax"da qala bilərəm"
-
18:44
Belçika millisinin DÇ-2026 üçün heyəti
-
17:27
“UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri
-
16:02
Yevlaxda heyətlər açıqlandı
-
15:15
Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlıq müzakirə olunub
-
14:58
Azərbaycan stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
13:46
Cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
-
13:23
Yüksək Liqada çempionluq matçı: hakimlər açıqlandı
17.05.2026
16.05.2026
15.05.2026























