4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Abasov Honda haqda: “Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var”

"Oyunçularımı təbrik edirəm. Yaxşı oynadılar. Lakin digər tərəfdən rəqibə çox qol şansı verirdik. Bunu aradan qaldırmalıyıq. 20 günlük fasiləyədək 1 oyunumuz qalıb. Ondan sonra bir az istirahət edəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov  Azərbaycan Premyer Liqasının 19-cu turunda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu matça görə cinah müdafiəçisi Ömər Buludova müəyyən tapşırıqlar verilmişdi: “Həmişə dediyim kimi, bizdə hücumçunun irəlidə durması vacib deyil. Komanda şəklində hücum etməliyik".

S.Abasov "Neftçi"yə transferi gündəmdə olan yaponiyalı ulduz futbolçu Keysuke Honda barədə də danışıb: "Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilən oyunçudur. Honda müxtəlif mövqelərdə oynaya bilir. Demək olar ki, razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar ola bilər"

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30