6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Ölkə futbolu

“Qarabağ” - “Qəbələ”: 60-cı duel

“Qəbələ” Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə “Qarabağ”la qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, Bakıdakı görüş bu iki komanda arasında 60-cı matç olacaq.

Yubiley dueli ərəfəsində rəqiblər 59 dəfə üz-üzə gəlib. İndiyədək 12 dəfə qalib gələn “Qəbələ” 19 görüşdə heç-heçə edib. Digər 28 matçda Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran “qırmızı-qaralar” öz qapısından 82 top buraxıb.

“Qəbələ” Premyer Liqada 48 dəfə “Qarabağ”la qarşılaşıb. Digər 11 matç ölkə kubokuna təsadüf edib. Çempionatdakı matçlarda 10 dəfə üç xal qazanan “qırmızı-qaralar” 14 dəfə bir xalla kifayətlənib. Digər 24 görüşdə “Qarabağ” qalib gəlib. Bu oyunlarda “Qəbələ” 42 top vurub və 68-ni buraxıb.

“Qəbələ” tarixində 30-cu dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 9 heç-heçə edib və 16 dəfə uduzub. Səfərdə 21 qolu olan “qırmızı-qaralar” 46 top buraxıb.

Xatırladaq ki, martın 2-də “Azersun Arena”da keçiriləcək matç saat 18:15-də başlayacaq.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30