16 Oktyabr 2025, Cümə axşamı
“Səbail” “Zaqatala”ya qalib gəldi
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları

Ölkə futbolu

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba pul ödədi

UEFA Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə qatılmamış klublara əlavə maliyyə vəsaiti ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, 2019/20-ci il mövsümünü əhatə edən qurumun "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığı üçün "Qarabağ"a pul ayrılmayıb. Premyer Liqanın digər 7 təmsilçisinin hər birinə isə 74 633,71 avro ödənilib.

Qeyd edək ki, "Keşlə" üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31