7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

"Neftçi"nin kapitanı “Apollon”a keçməkdən imtina etdi

"Neftçi"nin kapitanı Emin Mahmudovun Kiprin "Apollon" klubuna transferi baş tutmayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə futbol agenti Aleksandr Manyakov yazıb.

O, 28 yaşlı yarımmüdafiəçinin təklifi qəbul etmədiyini bildirib: "Çoxları Emin Mahmudovu Moskva "Spartak"ı və digər rus klublarındakı çıxışlarından xatırlayır. İndi "Neftçi" nin kapitanıdır. Eminin müqaviləsi bitirdi, "Apollon"un nümayəndələri mənimlə əlaqə yaratdılar. Komanda Avropa Liqasında oynadı, həqiqətən Mahmudovu heyətdə görmək istəyirdilər. Yaxşı şərtlər irəli sürdülər.

Danışıqlar apardıq, oyunçu hər şeyi bəyəndi. Ambisiyaları olan Avropa klubu həmişə maraqlıdır. Mahmudov sonda mənəvi və etik səbəblərdən keçidi rədd etdi. Kapitan olduğu və bir neçə il keçirdiyi komandaya xəyanət edə bilməyəcəyini anladı. Eləcə də, Bakını tərk edərək Kiprə getməyin yanlış olacağını düşündü".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30