Ölkə futbolu
Canni De Byazi: "Mən sehrbaz deyiləm, baş məşqçiyəm"
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin müsahibəsi
- Azərbaycan millisindəki işinizin birinci mərhələsini başa vurdunuz. Bura qədərki vəziyyəti necə qiymətləndirərdiniz: Nələr alındı, nələr alınmadı?
- İşimizi 360 dərəcəlik bucaqda qiymətləndirsək, fikirləşirəm ki, ilk fazanı pozitiv saymaq olar. Amma bu, o demək deyil ki, hər şey çox yaxşı oldu, hər şeyi mükəmməl etdik. Millətlər Liqasında bəzi oyunlarda xallar itirdik. Bu, həm təcrübəsizlikdən, həm də digər amillərdən oldu. Fikrimcə, ümumilikdə yaxşı oyun göstərdik. Düzdür, bütün matçlar eyni səviyyədə keçmədi. Bu baxımdan sabitlik tapmalı və bütün 90 dəqiqəni yüksək səviyyədə oynamalıyıq. Təbii ki, 3 gündən bir oyun keçirməyə öyrəşmək lazımdır.
- Yığma Millətlər Liqasında yer aldığı qrupda 3-cü oldu. Azərbaycan millisini kənara qoysaq, bu nəticəni özünüz üçün uğurlu saymaq olar?
- Hesab edirəm ki, şəxsi uğurlarım, göstəricilərim barədə danışmağım düzgün olmaz. Bəli, qrupda 3-cü olduq. Bunu qəbul etməliyik. Məncə, daha yaxşısını edə, daha çox xal yığa bilərdik. Futbolçular da bunu bilir. Millətlər Liqasındakı təcrübə bizə çox şeyi başa saldı. Hər mənada bundan nəticə çıxarmalıyıq.
- Real danışsaq, qrup birincisi ola bilərdikmi və bunun üçün nə çatmadı?
- Təbii ki, futbolda hər şey baş verə bilər. Oyunlara maksimum dərəcədə intensiv hazırlaşmalıyıq. Əlbəttə, qrupda birinci ola bilərdik. Keçirdiyimiz matçlardan sonra buna daha çox əmin oldum. Düşünürəm ki, bəzi matçlarda fərdi səhvlər edib, az qol vurduq. Bir daha eyni səhvləri təkrarlamamaq üçün bu çatışmazlıqlar üzərində işləməli, zəif tərəflərimizi inkişaf etdirməliyik.
- Son bir ayda xarici KİV-ə verdiyiniz müsahibələrdə yığma üzvlərinin beynəlxalq təcrübəsinin olmamasını qeyd edirsiniz. Amma millinin sükanı arxasına keçdikdən sonra Dmitri Nazarov, Eddi İsrafilov, Rufət Dadaşov, Riçard Almeyda kimi təcrübələri olan legionerləri komandaya cəlb etmədiniz...
- Bəli, hazırda əlimdə olan oyunçuların beynəlxalq təcrübəsinin olmadığını demişəm və bunu bir daha təkrar edirəm. Düzdür, sadaladığınız oyunçuların xarici liqalarda oyun təcrübələri var. Amma bu, müntəzəm olaraq beynəlxalq matçlarda oynamaqla eyni deyil. Onların yığmaya çağırılmamasına gəlincə, Millətlər Liqasına yeni futbolçularla başlamaq istədiyim üçün bu qərarı verdim.
- Adlarını çəkdiyim futbolçuların, həmçinin Əmir Ağayevin DÇ-2022-nin seçmə mərhələ oyunlarında yığmaya çağırılma ehtimalı varmı?
- Bütün oyunçuları diqqətlə izləyirəm. Bura ölkə xaricində çıxış edən futbolçular da aiddir. Millinin qapısı heç kimin üzünə bağlı deyil. Mənim üçün ən vacib məsələlərdən biri onların yanaşma tərzidir. Təbii ki, oyun keyfiyyəti önəmlidir. Amma mənim üçün yanaşma da vacibdir. Ümumi layihə barədə danışsaq, daha çox gənclərə və perspektivli oyunçulara şans verməyi düşünürük.
- Müsahibələrinizdə qarşıdakı seçmə mərhələ barədə səsləndirdiyiniz fikirlərdən sonra belə qanaətə gəlmək olar ki, milli komanda nəticə yox, yenə təcrübə qazanmaq üçün iştirak edəcək...
- Bayaq da dediyim ki, oyunlara çox ciddi və intensiv hazırlaşmaq, inamlı oynamaq lazımdır. Meydana böyük əminliklə, udmaq üçün çıxmalıyıq. Təbii ki, elə oyunlar olacaq ki, onlardan təcrübə götürəcəyik. Ümumilikdə isə hər bir qarşılaşmanı nəticə üçün oynamalıyıq. Meydana elə-belə çıxmamalıyıq.
- Albaniya yığmasını 2016-cı ildə tarixində ilk dəfə Avropa çempionatının seçmə mərhələsinə çıxardınız. Sizcə, Azərbaycan millisinə albaniyalıların uğurunu təkrarlamaq üçün nə qədər vaxt lazımdır?
- Əfsuslar olsun ki, futbol riyaziyyat deyil. Burada “copy-paste” etmək olmur. Ona görə hamı istisnasız çoxlu işləməlidir. İlk növbədə, mentalitet dəyişikliyi olmalıdır. Hamımız məqsədimizə nail olmağa, daim qələbə qazanmağa çalışmalıyıq. Bunlar olmasa, heç bir uğur qazana bilməyəcəyik. Futbolda böyük sürprizlər baş verə bilər. Əsas odur, gördüyün işə inanasan. Albaniya millisinin uğurunu buna sübut kimi göstərə bilərəm. Eyni zamanda, komandanı tam tərkibdə seçmə mərhələyə yaxşı hazırlamaq lazımdır. Amma bu mənada pandemiya bizə müəyyən çətinlik yaradır.
- Yeri gəlmişkən, Albaniya yığmasında çalışdığınız vaxt Serbiya ilə oyununuzda dron qalmaqalı və nəticədə meydanda iki komanda üzvləri arasında dava baş vermişdi. Serbiyada sizə qarşı həmin vaxtdan birmənalı münasibətin olmadığını düşünmürsünüz? Yoxsa bu, yalnız Albaniya yığma komandasının üzvlərinə qarşı idi?
- Püşkatmadan dərhal son bu oyunun böyük risk altında olacağını bilirdik. Fikirləşirəm ki, UEFA-nın bu işə tam ciddi yanaşmaması da rol oynamışdı. Serblərlə heç bir problemim yoxdur. Peşəkarlıq və böyük istəklə öz işimi görürdüm.
- Artıq Azərbaycan futbolu barədə ətraflı məlumatınız var. Çempionatı izləyir, futbolçuları tanıyırsınız, onların psixologiyasına bələdsiniz. Hər şeyi nəzərə alsaq, yığma A qrupunda hansı nəticəni əldə edə bilər?
- Bunu meydandakı oyun göstərəcək. Mən sehrbaz deyiləm, baş məşqçiyəm. Çempionatı izləmək, futbolçuları yaxşı tanımaq qrupda neçənci yeri tutacağımızı deməyə imkan vermir. Uğur qazanmaq istəyirik. Maksimum dərəcədə uzağa getmək, nəticə əldə etmək niyyətindəyik. Bilirsiniz ki, çox çətin qrupa düşmüşük. Yığma üzvləri ilə çox işləmək imkanımız yoxdur. Bu da işimizə təsir edir. Rəqiblərimizin gücünü siz də bilirsiniz. Əminəm ki, baxımlı oyun göstərib, yaxşı nəticə qazana biləcəyik.
- Qrupdakı rəqiblərdən Portuqaliya, Serbiya və Lüksemburqla oyun təcrübəniz var. İrlandiya barədə nə deyə bilərsiz?
- İrlandiya millisinin son nəticələrinə baxsanız, yaxşı vaxtlarını yaşamadıqlarını görərsiniz. Hazırkı vəziyyət Covanni Trapattoni və Cek Çarltonun vaxtlarındakından tamamilə fərqlidir. Baş məşqçi dəyişikliyi yaxşı nəticələrə gətirməyib. Amma nəzərə alaq ki, oyunçuları İngiltərə Premyer Liqası və Çempionşipdə, həmçinin Şotlandiya çempionatında çıxış edirlər. Bu da həmin futbolçuların səviyyələrindən xəbər verir.
- A qrupunda Qətər millisi də yer alıb. Bu isə oyun sayının çox olması deməkdir. Bu amili mənfi, yoxsa müsbət cəhət kimi qeyd edərdiniz?
- Fikrimcə, müsbət məqamdır. Çünki daha çox oyun keçirmək bizə ancaq kömək edə bilər. Belədə, komandamın çıxışını daha yaxşı analiz edəcəyəm. Həmçinin, bu amil bizə bəzi yenilikləri sınamağa imkan verəcək.
- Ramil Şeydayev yığmanın ən fəal üzvlərindən biri idi. Lakin son vaxtlar onun oyununda eniş var. Səbəbini nədə görürsünüz və bu amil sizi narahat edirmi?
- Bütün futbolçularda eniş və yüksəliş dövrləri olur. Bu baxımdan, Şeydayev də istisna deyil. Mövsümün əvvəlində futbolçular forma yığmaqda çətinlik çəkirlər. Buna görə narahat deyiləm. Əminəm ki, müvəqqəti haldır.
- "The Best" mükafatı üçün bütün nominasiyalar üzrə təxminləriniz düz çıxdı. Niyə məhz Robert Levandovski, Yurgen Klopp və Manuel Noyeri seçdiniz?
- Çünki onlar hər zaman qələbə üçün oynayırlar. Artıq uzun illərdir öz ustalıqlarını yüksək səviyyədə nümayiş etdirirlər. Fikrimcə, qalib olmağa layiq idilər.
- Dünyanın ən yaxşılarını düz tapdınız. Bəs Azərbaycanda bu nominasiyalara kimləri layiq görürsünüz?
- Milliyə çağırdığımı futbolçuları seçərdim. Amma ad çəkmək düzgün olmaz.
- Hazırda İtaliyadasınız. Ölkədə koronavirusla bağlı vəziyyət necədir?
- Bəzi regionlara giriş-çıxışı bağlasalar da, İtaliyada ümumi vəziyyət nəzarət altındadır. Təbii ki, təhlükə hələ də yüksəkdir. Amma insanlar maksimum dərəcədə bütün qadağalara əməl etməyə çalışırlar (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- "Qarabağ"ın rəqibi bəlli oldu
-
12:58
"Şamaxı"nı Bakı klubuna dəyişdi
-
12:07
Türkiyənin məğlubiyyəti VİDEO
-
11:49
Futzal millimizin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır “
-
11:16
Braziliya millisindən 3 qollu qələbə VİDEO
-
10:34
DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
10:21
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:53
Türkiyə - Paraqvay oyununun ən yaxşısı o seçildi
-
09:05
DÇ-2026: Türkiyədən erkən vida
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
-
20:17
"Neftçi" Rezabala ilə vidalaşdı
-
19:39
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
18:53
Premyer Liqada ilk turun təqvimi açıqlandı
-
18:26
Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib
-
17:42
Argentina millisinin üzvü DÇ-2026-nın ən yaraşıqlısı seçildi: Ronaldo 45-ci oldu
-
17:01
"Şəfa" onunla yeni müqavilə imzaladı
-
16:36
Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci ildə Bakıda keçiriləcək
-
16:15
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
-
15:58
Emin Kürdov: “Normal qrupa düşmüşük”
-
15:44
"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
-
15:29
DÇ-2026: Neymar yenə meydana çıxmayacaq
-
15:00
Dambrauskas: “Rəqibin kimliyi əhəmiyyətli deyil”
-
14:33
Millimizin rəqibləri müəyyənləşdi
-
14:16
"Böyük Dəbilqə": Balabəy Ağayev finalda dünya çempionunu məğlub etdi
-
13:42
“Qarabağ”la oyunu ləğv etdilər
-
13:27
Elvin Astanov Tunisdə gümüş medal qazanıb
-
13:01
Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
-
12:48
Çexiya - CAR oyunu mundialların tarixinə düşüb
-
11:55
Zaur Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
-
11:39
Meksika pley-offda VİDEO
-
11:24
DÇ-2026: Portuqaliya antirekordunu təkrarladı
-
11:00
“Səbail”in yeni baş məşqçisi açıqlandı
-
10:43
Dünya çempionatında qol rekordu qeydə alındı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
İslandiya klubu “Qarabağ”la oyuna görə azarkeşlərə müraciət etdi
-
09:51
Kanada Qətəri darmadağın etdi VİDEO
-
19:53
IV Avropa Oyunlarında iştirak üçün kvota qazandı
-
18:38
"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi bilindi
-
17:22
"Zirə"nin hazırlıq planı müəyyənləşdi
-
17:06
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
-
16:49
Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
-
16:14
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
-
15:57
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
15:31
"Şəfa"da daha üç ayrılıq
-
15:03
İsmail Kartal yenidən “Fənərbaxça”da
-
14:45
Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək
-
14:20
"Araz-Naxçıvan"dan ilk transfer
-
13:52
"Səbail" Adil Şükürovla yolları ayırdı: xələfi də məlumdur
20.06.2026
19.06.2026
18.06.2026























