7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

AFFA AVRO-2020 üçün tender elan etdi

Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyununda istifadə üçün tələb olunan mətbəx avadanlıqların alınması ilə bağlı AFFA tender elan edib.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.

Tenderə qatılmaq istəyənlərdən “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən malların 2021-ci il fevralın 15-dəktəhvil veriləcəyinə dair zəmanət məktubunu 2021-ci il yanvarın 5-i saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.

Qeyd edək ki, AVRO-2020 koronavirus pandemiyası ilə əlaqədar gələn il 11 iyun - 11 iyula təxirə salınıb. Oyunlar Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31