7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Azərbaycan millisinin məşqçisi: "Maradonanın formasını geyindiyim üçün utanıram"

"Oğluma "Napoli"nin formasını, xüsusilə 10 nömrəli futbolkanı daşımağın nə demək olduğunu izah etmişəm. Bu formadan cəmi ikisi qalıb. Biri məndə, digəri isə anamdadır. Hər ikisi çərçivədə divardan asılıb".

Futbolxeber.az saytının məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Klaudio Beluççi Argentina millisinin və İtaliya "Napoli"sinin keçmiş futbolçusu Dieqo Maradonanın ölümü barədə danışarkən deyib.

Əfsanəvi oyunçudan sonra 1997-2001-ci illərdə Neapol təmsilçisinin heyətində 10 nömrəli formanı geyinmiş veteran hücumçu bunu sözlə ifadə etməyin mümkünsüz olduğunu bildirib: "Hərdən elə düşünürəm ki, bu vəzifənin öhdəsindən gələ bilməmişəm. Hətta həmin formanı daşıdığım üçün bir az utanıram. O, hər zaman mənim ağlımda və ürəyimdə qalacaq".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. O, 1984-1991-ci illərdə "Napoli"də çıxış edib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31