6 Fevral 2026, Cümə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Ölkə futbolu

Çantakias "Zirə"də 45-ci oldu

Dmitrios Çantakias “Zirə”də qol hesabını açıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının 10-cu turunun “Keşlə” ilə ev oyununa təsadüf edib.

3:1 hesablı qələbəyə qolla töhfə verən yunan legioner ilk qolunu “qartallar”ın heyətindəki 9-cu matçda vurub. Çantakias klub tarixinə Premyer Liqada qol vuran 45-ci futbolçu kimi düşüb. Onadək 44 oyunçu rəqib qapısına yol tapıb.

Komandanın kapitanı Ağabala Ramazanov 10-cu Premyer Liqa görüşündə 6-cı qola imza atıb. O, “qartallar”ın Premyer Liqadakı bombardirləri siyahısında eyni sayda qol vuran Aleksandr Dedov, Yovan Krneta və Vüsal İsgəndərliyə çatıb. Bu “dördlük” 5-8-ci yerləri bölüşür. Orta məhsuldarlığı 0,60-a bərabər olan Ağabala bu göstəricidə “Zirə”nin rekordçusudur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28