7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?
Millimiz Litvanı tək qolla məğlub etdi

Ölkə futbolu

"Keşlə"nin iki futbolçusu koronavirusa yoluxdu

Milli komandamızın daha iki futbolçusu koronavirusa yoluxub.

Futbolxeber.az saytının məlumatına görə, Vüsal İsgəndərli və Rəhman Hacıyevin test nümunələri pozitiv çıxıb.

Bu səbəbdən hər iki futbolçu “Keşlə”nin “Zirə”yə qarşı Premyer Liqanın 10-cu tur oyunu üçün heyətinə daxil edilməyib. Yığmanın düşərgəsindən qayıtdıqdan sonra test verən bu yarımmüdafiəçilərdə problem aşkarlandığından, hər ikisi dərhal karantinə alınaraq, müalicəyə başlanıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan millisinin düşərgəsində Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub. Millidən dönən "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovda da COVİD-19 aşkarlanıb (sport24.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31