15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

Millimizin 2 futbolçusunda koronavirus aşkarlandı

Milli komandamızın iki futbolçusunun verdiyi COVİD-19 testi müsbət çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Sport24.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla açıqlama verib.

O, futbolçuların adlarını açıqlamaqla yanaşı, onların Xorvatiyada özünütəcrid rejimində qaldığını bildirdi: “Təmkin Xəlilzadə və Rahil Məmmədovun hərarəti var idi. COVİD-19 testləri müsbət nəticələndi. Bu səbəbdən də hər iki futbolçu Xorvatiyada özünütəcrid rejimində qaldı. Bu barədə Azərbaycan respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin diqqət mərkəzindədir. Hər iki futbolçu mütəmadi həkim nəzarəti altındadır. İlk nəticəsi mənfi çıxacaq test qeydə alındıqdan sonra həm Təmkin, həm də Rahil Xorvatiyadan Vətənə dönəcəklər. Məsələylə bağlı hər iki futbolçunun məxsus olduqları “Sabah” və “Qarabağ” klublarına da müvafiq məlumat verildi. Futbolçuların özünütəcrid rejimində qaldıqları müddət bütün xərcləri AFFA tərəfindən qarşılanır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31