1 Noyabr 2026, Bazar günü
Yuri Vernidubdan qələbə şərhi
“Neftçi” liderliyi ələ keçirdi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Ölkə futbolu

Füzuli Məmmədov: “Oyunla bağlı danışılası söz yoxdur”

"Öncə xalqımızı təbrik edirəm. Əsgərlərimiz var olsunlar. Bizə bu hissləri yaşatdılar".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının IX turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, oyunla bağlı danışılası söz yoxdur: "Məğlub olduq. Rəqibi təbrik edirəm".

Onun sözlərinə görə, bu məğlubiyyət böhran deyil: "Erkən qollardan sonra komandamız ruhdan düşdü. Nəticədə futbolçular oyundan qopdular. Oyunu analiz edib, dəyişiklikləri müzakirə edəcəyik".

Məmmədov çempionluqdan qopmadıqlarını söyləyib: "Qarşıda hələ çox oyun var".

Baş məşqçi ilk hissədəki erkən dəyişikliklərin səbəbini açıqlayıb: "Qol vurmaq istəyirdik. Ona görə buna əl atdıq. Yenə deyirəm, erkən buraxılan qollar bizə çox təsir etdi. Sonradan çox çalışsaq da, alınmadı. Düzdür, bizim üçün bu, normal hal deyil. Fasilədə komandanı psixoloji çətinlikdən çıxarmağa çalışacağıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30