5 Fevral 2026, Cümə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

“Zirə”nin yeni rekordçusu

“Zirə”nin futbolçusu Cəlal Hüseynov Azərbaycan Premyer Liqasında debüt edib.

Futbolxeber.az saytının klubun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, o, 7-ci turun “Qarabağ”la ev oyununda (0:0) meydana çıxıb. Start heyətində şans qazanan müdafiəçi qarşılaşmada 90 dəqiqə iştirak edib.

Cəlal “Zirə”nin tarixində Premyer Liqada meydana çıxan ən gənc futbolçudur. O, 17 yaş 9 ay 23 günlüyündə rekorda imza atıb. Buna qədər rekord 19 yaş 4 ay 12 günlüyündə Premyer Liqa görüşündə iştirak edən Rafael Məhərrəmliyə məxsus idi.

Bunadək Azərbaycan kubokunda forma geyinmiş Hüseynov klub tarixinin mütləq rekordçudur. O, 16 yaş 11 ay 1 günlüyündə rəsmi matça çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28