21 Mart 2026, Şənbə
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Ölkə futbolu

"Qarabağ" braziliyalı futbolçuya təklif göndərdi

Birləşmiş Ərəb Əmirliklərinin "Xor Fakkan" klubunda çıxış edən braziliyalı futbolçu Bruno Lamas Azərbaycan təmsilçisinin maraq dairəsinə düşüb.

Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi "Vavel" nəşrinə açıqlamasında "Qarabağ"dan təklif aldığını bildirib.

Lamas Ağdam təmsilçisi ilə yanaşı, ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliyanın "Leyşoynş" və "Santa Klara" komandalarında oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Bruno Lamasın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq ("Report").

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31