Ölkə futbolu
2 il yarımlıq işin nəticəsi: “Sumqayıt”dan rekord göstərici
Ordumuzun Qarabağda tarix yazdığı bu günlərdə Azərbaycan futbolu da vacib sınaqdan çıxır. Dünən “Qarabağ” Polşada “Legiya” üzərində möhtəşəm qələbə (3:0) qazanmaqla ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə əldə etdi. Azərbaycan futbolunun növbəti sınağı oktyabrın 10-da gerçəkləşəcək. Həmin gün milli komandamız Millətlər Liqasının üçüncü turu çərçivəsində səfərdə Monteneqro ilə üz-üzə gələcək. Yığmamız Kipr kimi, Monteneqronu da səfərdə devirə bilsə, qrup liderliyi üçün gözəl şans qazanacaq. Təbii ki, millimizin qələbəsinə inanmaqla yanaşı, rəqibin də güclü olduğunu unutmamalıyıq. Monteneqro yığmasının heyətinə dəvət alan 23 futbolçunun hamısı (!) legionerdir. Onlar arasında “Atletiko”, “Latsio”, “Levante”, “Monako”, “Vulverhempton” kimi “Böyük beşlik” ölkələrinin aparıcı klublarının üzvləri də var.
“SUMQAYIT” YALNIZ “QARABAĞ”DAN GERİ QALIR
Bu gün Canni De Byazi millimizin qarşıdakı 2 oyun üçün heyətini açıqladı. 25 nəfərlik siyahıda 2 debütant var - Aydın Bayramov və Əli Qurbanov. Hər iki debütant “Sumqayıt”ın üzvüdür. Aydın və Əli ilə yanaşı, “Sumqayıt”dan Elvin Bədəlov, Vüqar Mustafayev və Rəhim Sadıxov da yığmaya dəvət alıb. Bu isə o deməkdir ki, “Sumqayıt”dan milliyə çağırılan futbolçuların sayı 5-ə bərabərdir ki, bu da klub tarixində rekord göstəricidir. Digər tərəfdən, bu nəticə ilə “Sumqayıt” yalnız “Qarabağ”dan geri qalır. Ağdam klubunun 8 üzvü milliyə çağırılıb. Lakin həm “Qarabağ”, həm də digər klublardan fərqli olaraq, “Sumqayıt”dan yığmaya çağırılanların hamısı ilk dəfə məhz bu klubun formasını geyərkən millinin məşqçilər korpusunun diqqətini çəkiblər.
MUSTAFAYEVİN DƏVƏT OLUNMASI GÖZLƏNİLƏN İDİ
Kiprlə oyunda debüt edən Rəhim Sadıxov özünü ən yaxşı tərəfdən göstərmişdi. Sadıxov Kiprlə matçda debütant yox, uzun illərdi millinin formasını geyən aparıcı futbolçu təsiri bağışlamışdı. Ona görə də Rəhimovun bu dəfə də dəvət alması qanunauyğunluqdur.
Rəhim kimi, Elvin Bədəlov da yığmanın əvvəlki toplanışına dəvət almışdı. Sadıxovdan fərqli olaraq, Bədəlov millinin start heyətinə düşməsə də, klubda inamlı çıxışı ilə seçilir.
Bu iki futbolçudan fərqli olaraq, Vüqar Mustafayev nəhayət ki, milliyə dəvət aldı. “Bakı”nın yetirməsi cari mövsüm inamlı təsir bağışlayır. Premyer Liqanın geridə qalan 4 turu ərzində Mustafayev özünü ən yaxşı tərəfdən göstərib. Onun milliyə çağırılması çoxdan gözlənilirdi. 90 dəqiqə ərzində meydanda can qoyan Vüqar şans qazanacağı halda, Rəhim Sadıxov kimi tezliklə milli komandamızın aparıcı futbolçusuna çevrilə bilər. Meydanın mərkəzində böyük iş görən Mustafayevin istər Qara Qarayev, istərsə də Elvin Camalovla birlikdə orta xətdə uğurlu tandem təşkil edəcəyi dəqiqdir.
NAĞIL KİMİ: 20 GÜNDƏ DƏYİŞƏN KARYERA
Mehdi Cənnətov “Neftçi” ilə oyunda zədələnərkən çoxları “Sumqayıt”ın qapı xəttində ciddi problemlə üzləşəcəyini düşünürdü. Lakin həmin görüşdə komanda yoldaşını əvəzləyən Aydın Bayramov istər “Bakcell Arena”dakı, istərsə də “Səbail” və “Qarabağ”la görüşdə adından elə söz etdirdi ki, çoxları 24 yaşlı qapıçının milliyə çağırılmalı olduğunu deyirdi. “Sumqayıt”son 2 ev oyununu tribunadan izləyən Canni De Byazi də Aydının inamlı çıxışına biganə qalmadı. Bayramovun 20 gündə qət etdiyi yol sanki nağıldı. Bəzən elə futbolçular olur ki, klubda nə qədər inamlı təsir bağışlasalar da, millidən kənarda qalırlar. Lakin Aydının 20 gündə bunu bacardı. Bu, həm də gənclər üçün stimul olmalıdı. Sentyabrın 11-nə qədər çoxları bəlkə də Aydın adda qapıçının varlığından xəbərdar deyildilər. Lakin bir anda hər şey dəyişdi. “Neftçi” ilə matçda meydana əvəzetmədən daxil olan Bayramov ayaq üstə möhkəm dayanmağı bacardı. Və budur, 11 sentyabra qədər “Sumqayıt”ın ehtiyat oyunçular skamyasında oturan qapıçı artıq birisigün millinin toplanışına qatılacaq.
CƏNUBİ AZƏRBAYCANLI BOMBARDİR
Milliyə dəvət alan sonuncu “Sumqayıt”lı Əli Qurbanidir. Cənubi Azərbaycandan olan forvard da geridə qalan 4 turda Azərbaycan Premyer Liqasında adından söz etdirməyi bacarıb. Premyer Liqanın bombardiri olması Qurbaninin milliyə yolunu açdı. “Neftçi” ilə görüşdə dubl etməklə yeni klubunda qol hesabını açan ucaboy forvard “Səbail” və “Qarabağ”ın da qapısına yol tapdı. Boyunun uzunluğu, başla yaxşı oynamağı Qurbaninin əsas üstünlüyüdür. Oyun ərzində demək olar ki, hava toplarının əksəriyyətindən qalib ayrılmağı bacaran forvardın millidə də qolları sıralayacağına ümid etmək olar.
DÜZGÜN STRATEGİYA
Daha əvvəl də qeyd etmişdik, 2018-ci ilin martında Riad Rəfiyevin klub prezidenti təyin olunmasından sonra “Sumqayıt”ın seçdiyi strategiya özünü tamamilə doğruldur.
Məlumdur ki, legioner transferinə qadağa qoyulan “Sumqayıt” yalnız ölkədən kənarda çıxış edən Azərbaycan əsilli futbolçuları heyətinə qata bilər. Riad Rəfiyevin gəlişindən sonra isə heyətə ölkədən kənardan cəlb olunan Azərbaycan əsilli futbolçuların demək olar ki, hamısı etimadı doğruldub. Əli Babayev, Aleksey İsayev, Əmir Ağayev, Peyman Babayi, Rəhim Sadıxov, Cəmaləddin Xocaniyazov qısa zamanda “Sumqayıt”ın aparıcı futbolçularına çevriliblər.
Bu siyahıdan Əli Babayev və Aleksey İsayev “Sumqayıt”dan milliyə ilk dəvət alanlardı. Sonradan sıra Rəhim Sadıxova çatdı. Millimizin son rəsmi oyununda debüt edən Sadıxov Kiprdə qazanılan qələbədə əsas pay sahiblərindən biri oldu. Artıq sıra Əli Qurbaniyə çatıb. Digər cənubi azərbaycanlı, ötən mövsüm Premyer Liqanın bombardilərin olan Peyman Babayinin yoxluğunu unutduran Qurbani xaricdən “Sumqayıt”a cəlb olunan, sonradan isə milliyə dəvət alan Azərbaycan əsilli sayca 4-cü futbolçudur.
Bu siyahı tezliklə daha da genişlənə bilər. Məlumdur ki, hazırda Yunanıstanda çıxış edən sabiq “Sumqayıt”lı Əmir Ağayevin millimizdə çıxış etməsi üçün AFFA ilə FİFA arasında sənədləşmə aparılır. Ağayevdən başqa, Cəmaləddin Xocaniyazovun tezliklə milliyə cəlb olunacağını ehtimal etmək mümkündür.
Bir sözlə, “Sumqayıt”ın apardığı siyasət alqışlanasıdır. Bəzən 5-10 il ərzində böyük pullar xərcləyən hansısa klub ölkə futboluna ciddi fayda verə bilmir. Lakin son 2 il yarımda məhdud büdcə ilə “Sumqayıt” bunu bacardı. Yaxşı futbolçu sarıdan korluq çəkən Azərbaycan futboluna, milli komandamıza 2-3 il ərzində 5-6 futbolçu qazandırmaq həqiqətən də böyük uğurdur.
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
18:13
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
22.09.2026
21.09.2026
























