25 Sentyabr 2026, Cümə
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”

Ölkə futbolu

“Qarabağ” Polşaya yollandı

Polşada "Legiya" ilə UEFA Avropa Liqasının pley-off matçında üz-üzə gələcək "Qarabağ" Varşavaya yollanıb.

Futbolxeber.az saytının məlumatına görə, çarter reysi ilə səfərə çıxan heyətdə futbolçulardan yalnız Donald Gerye yer almayıb.

Haitili oyunçu pasport problemi ilə üzləşdiyi üçün komandasına kömək edə bilməyəcək.

Zədələrini sağaldan Mahir Emreli, Xayme Romero və Abdullah Zubir isə kollektivlə birgə Varşavaya uçub.

Qeyd edək ki, oktyabrın 1-də Varşavada “Wojska Polskiego” stadionunda keçiriləcək “Legiya” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30