Ölkə futbolu
Bu gün o formanın haqqını verin
Dünən 21 yaşadək futbolçulardan ibarət milli komandamız Sumqayıtda Fransa yığmasını qəbul edirdi. Meydandakı futbolçuların fiziki göstəricilərinə baxanda belə təəssürat yaranırdı ki, komandalar arasında 2-3 yaş fərqi var. Fransa millisinin heyəti isə adamı vahiməyə salırdı. Fransanın U-21 millisində elə futbolçular var ki... Bu komanda nəinki bizim, bəlkə də istənilən ölkənin U-21 millisini bir ayaqla udar. Sözün bütün mənalarında udar...
Bircə Matteo Genduzinin adını çəkmək kifayət edər. Son 2 ildə fransız yarımmüdafiəçi “Arsenal”ın heyətində 57 oyuna çıxıb. “Transfermarkt”ın qiymətləndirməsinə görə, Genduzinin dəyəri 32 milyon avrodur. Bizim U-21-in bütün heyətinin qiymətini toplasan, çətin ki Genduzinin dəyərinin 20 faizini təşkil edə. Bizim nəinki London, heç Tula “Arsenal”ının diqqətini çəkəcək futbolçumuz yoxdu.

Bütün bunlara baxmayaraq, gənclər yığmamız güclü rəqibə bacardığı qədər müqavimət göstərdi. İlk hissənin ortasında yuxarıda haqqında söz açdığımız Genduzinin yerdə qalması rəqibin penaltidən hesabı açması ilə yekunlaşdı. 83-cü dəqiqədə “Nitsa”nın hücumçusu Amine Qouri fərdi ustalığı sayəsində ikinci dəfə yığmamızı meydanın mərkəzinə dəvət etdi. Gücümüz yalnız son dəqiqədə hesab arasındakı fərqi azaltmağa çatdı.
Yekunda 1:2 uduzsaq da, bu məğlubiyyətə görə kimsə gənclər millimizə irad bildirmədi. Heç sosial şəbəkələrdə də azarkeşlərin narazılığı gözə dəymədi. Hətta “Kiprə qarşı gənclər yığmamız oynasın” deyənlər də vardı. Bir anlıq istər-istəməz bu məğlubiyyəti Lüksemburqdan alınan yenilgi ilə müqayisə edirsən. Hər iki halda öz meydanımızda 1:2 hesabı ilə uduzmuşuq. Amma rəqiblər arasında fərq böyükdü. Düzdür, Lüksemburq yığmasının futbolçuları da Avropanın aparıcı ölkələrinin klublarında forma geyirlər: Bundesliqa, Premyer Liqa, Liqa 1 və s. Məsələn, Lüksemburqun aparıcı hücumçusu İsveçrə çempionu “Yanq Boyz”da çıxış etdiyi halda, bizim Renat Dadaşov həmin ölkənin ikinci liqası təmsilçisi “Qrasshopers”ə icarəyə verilir. Lakin bütün bunlar yığmamızın şənbəgünkü məğlubiyyətinə bəhanə ola bilməz.
Dediyimiz kimi, U-21 uduzsa da, futbolçular əllərindən gələni etdilər. Amma Lüksemburqla oyunda belə deyildi. Başda Ramil Şeydayev olmaqla, bir neçə nəfər istinasna olmaqla əksəriyyətin meydana nə üçün çıxdığı bəlli deyildi. Mahir Emreli rəqibinə təpik atır, Adil Nağıyev futbolla voleybolu səhv salır. Bütün bunlar azmış kimi, komandanın kapitanı, məğlubiyyətdən sonra bəlkə də hamıdan çox məyus olmalı olan Maksim Medvedev efirdə dişini ağardır. Bu təfəkkürlü futbolçularla Lüksemburqa yox e, lap San Marinoya da uduzmaq olar. Biz isə qrupda birinci olmağın xəyalını qururuq. Mahirlərlə, maksimlərlə, adillərlə biz bu qrupdan yalnız turnir cədvəlini tərsinə çevirəndə birinci ola bilərik. Bu futbolçular həqiqətən daşıdıqları formanın əhəmiyyətini dərk etmirlər? Anlamırlar ki, onlar da əsgərdilər? Sadəcə döyüş yerləri səngər yox, yaşıl meydandı. Mahir Emrelinin, Maksim Medvedevin tərəfini saxlayanları anlamaq çətindir. Döyüşdə rəqibin üstünlüyünə şərait yaradan əsgəri necə müdafiə etmək olar? Yaxud siz döyüşü uduzan əsgərin güldüyünü harda görmüsüz?
Bəzən futbolçularımız “millimizə uğur qazanmaq 11 Şeydayevə ehtiyac var” fikrinə qısqanclıqla yanaşırlar. Bu fikri səsləndirməklə Namiq Ələsgərovun, Emil Balayevin və millinin adı uğrunda vuruşan digərlərinin haqqına girmək istəmirəm. Amma reallıq odur ki, uğur qazanmaq üçün millidə məhz Ramil kimi meydanda gücü tükənənə qədər vuruşan futbolçulara ehtiyacımız var. Dünən təsadüfən Şeydayevin ötən yay Slovakiya ilə oyundan sonrakı bir fotosu qarşıma çıxdı.

Bir bu şəklə baxın, bir rəqibini vurmaqla təkcə ona deyil, millimizə də zərbə endirən Mahir Emreliyə, bir də “alındı” sualını verən Maksim Medvedevə. Özünüz qiymət verin. Uğur qazanmaq üçün ramillərə ehtiyac var, yoxsa mahirlərə, maksimlərə?
Azarkeş artıq məğlubiyyətdən bezib. Artıq təkcə sıravi fanatlar deyil, millət vəkilləri də dilə gəlirlər. Kimisi öz istəyi ilə, kimisi kiminsə istəyi ilə. Amma istənilən halda narazılıq var. Odur ki, çıxın, geydiyiniz formanın haqqını verin.
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
-
16:12
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
15:59
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
15:43
Gimnastlarımız IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
15:27
"Naxçıvan"da yeni müqavilə
-
15:08
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
14:55
Həsənovun “unutduğu” epizod VİDEO
-
14:34
Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”
-
14:16
"Kəpəz"in legionerinə millidən dəvət
-
14:00
Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub
-
13:41
“Qarabağ”ın oyununun biletləri satışda
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
17.09.2026
16.09.2026
























