17 Mart 2026, Çərşənbə axşamı
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu
Berdiyev: “Vacib iki xal itirdik”

Ölkə futbolu

Qurban Qurbanov: “Bizi ciddi rəqib və ciddi oyun gözləyir”

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının ilk turunda "Sabah"ı 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

"Sabah"a qarşı 2 yoxlama matçı keçirmişdik. Çox aqressiv və sürətli komandadır. 3 gün sonra vacib oyunumuz olsa da, fikrimiz bu matçda idi. Maraqlı oyun alındı", - deyə o bildirib.

48 yaşlı mütəxəssisin sözlərinə görə, qarşıdakı günlərdə yeni transfer ola bilər: "Amma dəqiq deyil. Çünki indi hansısa oyunçunu razı salmaq çətindir. Hamı öz ailəsini qorumağa, ölkəsində oynamağa üstünlük verir".

Q.Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldova "Şerif"inə qarşı Bakıda keçirəcəkləri oyun haqda da danışıb: "Şerif"lə iki dəfə qarşılaşsaq da, rəqibə ciddi yanaşırıq. Komandanın oyununa baxdım. Baş məşqçiləri xorvatiyalıdır. Bizi ciddi rəqib və ciddi oyun gözləyir".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31