2 Avqust 2026, Bazar günü
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

“Neftçi”nin yeni transferi: “Bu, bizi qələbə üçün daha da ac edirdi”

"Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin Azərbaycan Premyer Liqasının 1-ci turunda  "Səbail”ə üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “ağ-qaralar”da ilk rəsmi matçına çıxan Mərakeş əsilli belçikalı futbolçu azarkeşsiz oynamağın fərqli olduğunu bildirib:

"Oyun çox yaxşı keçdi. Əsas odur ki, qələbə qazandıq. Azarkeşsiz oynamaq fərqli idi, amma matçın rəsmi olması hiss olunurdu. Bu, bizi qələbə üçün daha da ac edirdi.

Düzdür, mənim bir əlverişli qol epizodum oldu, amma istifadə edə bilmədim. Çünki qapıçı əla "seyv” etdi. İnanıram ki, gələn dəfə qol vuracağam.

Avropa Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkupi” klubu ilə oyundakı şanslarımıza gəlincə, biz yenə də yaxşı mənada ac və mübariz olmalıyıq. Öz oyunumuzu göstərsək, hər şey yaxşı olacaq. "Neftçi”də hamı bir-birinə kömək edir. Buna görə də artıq komandaya uyğunlaşmışam”

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31