2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Ölkə futbolu

Füzuli Məmmədov: “Növbəti həftə yeni hücumçumuz bizimlə olacaq”

“Uzun fasilədən sonra yenidən görüşdük. Çox xoşdur”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının açılış turunda “Səbail”lə keçirilən oyunu (2:1) dəyərləndirərkən deyib.

Məmmədov mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İlk oyunların çətin olduğunu bilirik. Əsas çətinlik də ondan ibarətdir ki, uzun müddətdir rəsmi oyun keçirmirdik. Futbolçularım meydanda çox əziyyət çəkdilər. Yaxşı komandaya qarşı oynadıq. “Səbail” gənc heyətə malik komandadır. Onlarda məşqçi işi görünürdü”.

- İstədiyiniz “Neftçi”ni görə bildiniz?

- İlk oyunlar çətin olur. Oyundan-oyuna futbolçular optimal formaya yaxınlaşacaqlar. Bəzi epizodlarda istədiyimizi alırdıq, bəzilərində səhvlər olurdu. Amma getdikcə daha yaxşı olacaqş

- Hücumçu axtarışı nə yerdədir?

- Bir transfer alınmalıdır. Bütün detallar demək olar bitib. Düşünürəm ki, növbəti həftə yeni hücumçumuz bizimlə olacaq.

- Ot örtüyü yaxşı vəziyyətdə deyildi. Bununla bağlı rəhbərliklə görüşünüz olub?

- Bəli, bununla bağlı fikirlərimizi bildirdik. Tezliklə bu problem aradan qaldırılacaq. Bu arenadakı ot örtüyü hər zaman yüksək səviyyədə olur. Düşünürəm ki, gələn həftəyə hər şey yaxşı olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30