Ölkə futbolu
Milan Obradoviç: "Fransaya bacardığımız qədər qol vurmağa çalışacağıq"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin serbiyalı baş məşqçisi Milan Obradoviçin müsahibəsi
- Koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra yığmanı nə zaman bir araya gətirməyi planlaşdırırsınız?
- U-21 hələlik təlim-məşq toplanışı keçmir. Bilirsiniz ki, avrokubok oyunları başlayıb. Bu səbəbdən klublarında çıxış edən yığma üzvlərini toplanışa çağıra bilmirik. Eyni zamanda, bu həftə Azərbaycan Premyer Liqası start götürəcək. Növbəti həftə 4 klubumuzun Çempionlar Liqası və Avropa Liqasında oyunları var. İndiki vəziyyətdə yığmanı bir araya gətirmək çətindir.
- Yəqin ki, futbolçularınızın klublarındakı çıxışlarını, məşqlərini izləyirsiniz. Sizcə, pandemiya onların performansına necə təsir edib?
- Açığı, indi nə isə demək çox çətindir. Bunun üçün Premyer Liqanın startını və digər 3 klubun avrokuboklarda mübarizəyə başlamasını gözləmək lazımdır. Ondan sonra futbolçuların hazırkı durumu barədə dəqiq fikir bildirmək olar. Beynəlxalq oyunlarda da gördünüz ki, müxtəlif ölkələrin komandaları müəyyən problemlərlə üzləşdi. Bu da onu deməyə əsas verir ki, pandemiyaya görə yaranan fasilə futbolçulara ciddi təsir göstərib. Mart ayından bu yana nə məşqlərimiz, də oyunlarımız olub. Karantin rejiminə görə evdə olmuşuq. Bu, psixoloji baxımdan da futbolçulara mənfi təsir göstərib. Çünki onlar aktiv həyat tərzi keçirirlər: ya məşq edirlər, ya oyuna çıxırlar, yaxud da gəzirlər. İndi isə bunu edə bilmirlər. Virus təkcə futbolu deyil, digər idman növlərini də iflic edib. Ona görə də bizə bir qədər vaxt lazım olacaq.
- U-21 6 aylıq fasilədən sonra ilk oyununu sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da Fransa seçməsinə qarşı keçirəcək. Bu rəqiblə qrupdakı ilk oyunda yığma 0:5 hesabı ilə uduzmuşdu. Qarşıdakı görüş barədə nə düşünürsünüz?
- Fransa ilə oyun bizim üçün spesifik olacaq. Çünki onadək futbolçularımız cəmi 1 və ya 2 oyun keçirəcəklər. Rəqibin heyətində isə təqribən 10-a yaxın futbolçu müxtəlif komandaların tərkibində UEFA Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələlərində çıxış edir. Bizim üçün olduqca faydalı və maraqlı oyun olacaq. Revanş barədə düşünmürük. Öz oyunumuzu oynamağa, yeni nələrsə öyrənməyə, bacardığımız qədər qol vurmağa çalışacağıq. Çünki evdə oynayacağıq. Mübarizədən, hücum etməkdən çəkinməyəcəyik. Düşünürəm ki, bu, inkişafın yeganə yoludur.
- Həmyerliniz Uroş Matiçin "Qarabağ"a keçidini necə qiymətləndirirsiniz? Sizcə, yeni komandasına kömək edə biləcək?
- Məncə, Matiç bunun üçün bütün lazımı keyfiyyətlərə sahibdir. Onun həm daxili yarışlarda, həm də avrokuboklarda "Qarabağ"a kömək edəcəyinə əminəm. Uroşu Serbiyadan tanıyıram. Həm psixoloji, həm fiziki, həm də mental olaraq tam hazırdır. Əla formadadır.
- "Qarabağ" Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazandı. Digər 3 klub isə növbəti həftə Avropa Liqasında mübarizəyə başlayacaq. "Neftçi", "Keşlə" və "Sumqayıt"ın şanslarını necə dəyərləndirirsiniz?
- Şansları faizlə qiymətləndirmək çətindir. Sadəcə, təcrübəmə əsasən hansısa fikir səsləndirə bilərəm. Çünki hazırda pandemiya dövrüdür. Klubların hansı vəziyyətdə olduğunu bilmirik. Digər vacib məsələ təsnifat mərhələlərinin 1 oyundan ibarət olmasıdır. Bu cür matçlarda hər şey ola bilər. Həddindən artıq güclü komandalar uduza bilər. Biz bunu "Barselona" və "Mançester Siti"nin timsalında gördük. Digər klubların hazırlıq səviyyəsini bilmirik. Amma onu deyim ki, klublarımızın növbəti mərhələ üçün böyük şansı var. Çünki hər biri evdə oynayır. Bu, avrokuboklarda mübarizəni davam etdirmək baxımından önəmlidir. Oyunların hansı nəticə ilə bitəcəyini birlikdə görəcəyik. Azərbaycan klublarına uğurlar, yaxşı oyun, çoxlu qol arzu edirəm ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























