27 Yanvar 2026, Çərşənbə axşamı
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də
“Qarabağ” Liverpula yollanır
Millimiz Danimarkaya qalib gəldi

Ölkə futbolu

UEFA reytinqi: Azərbaycan 2 pillə gerilədi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin növbəti oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, keçirilən 11 matçın nəticəsi ölkələrin reytinqində dəyişikliklərə səbəb olub. Azərbaycan da ötən günlə müqayisədə iki pillə geriləyib.

Ölkəmiz 14,750 xalla 26-cı yerdə qərarlaşıb. Norveçin "Mölde" və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi Azərbaycanın geriləməsinə səbəb olub.

Norveç 14,875 xalla 24-cü, Rumıniya isə 14, 825 xalla 25-ci sıradadır.

Xatırladaq ki, "Qarabağ" "Sileks"ə 4:0 hesabı ilə qalib gəldikdən sonra Azərbaycan 24-cü pilləyə yüksəlmişdi.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31