7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

“Şerif” yenidən Bakıya gəlir

“Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 1-ci mərhələdə Lüksemburqun "Fola Eş" klubunu 2:0 hesabı ilə məğlub edən Moldova "Şerif"i Ağdam təmsilçisinə rəqib olub.

“Qarabağ” avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda Moldova çempionunu qəbul edəcək. Görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Şerif" artıq üçüncü dəfərdir avrokuboklarda "Qarabağ"a rəqib olur. Bundan əvvəlki görüşlərdə təmsilçimiz Moldova klubundan güclü olub.

2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Qurban Qurbanovun komandası növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də "Qarabağ" üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31