10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Millimizin oyunlarının yeni tarixi açıqlandı

Millimizin oyunlarının yeni tarixi açıqlandı

19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in ilkin seçmə mərhələsindəki oyunlarının yeni tarixi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, 7-ci qrupda yer alan yığma ilk görüşünü noyabrın 25-də İsveçə qarşı keçirəcək.

Vüqar Əsgərlinin başçılıq etdiyi komanda ikinci sınağında Belçika ilə üz-üzə gələcək. Həmin qarşılaşma noyabrın 28-də olacaq.

Azərbaycan millisi qrupdakı sonuncu matçında isə Kiprlə oynayacaq. Görüş dekabrın 1-də keçiriləcək.

Qeyd edək ki, 7-ci qrupun oyunları Belçikada olacaq. UEFA daha əvvəl matçların oktyabrın 19-dan 27-dək təşkil ediləcəyini açıqlasa da, daha sonra koronavirus pandemiyası səbəbindən oyunları təxirə salmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31