8 Noyabr 2026, Bazar günü
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Afrikalı futbolçu "Qəbələ"də qalacaq

Afrikalı futbolçu Qəbələdə qalacaq

Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" komandasında daha bir legioner futbolçunun durumuna aydınlıq gəlib.

Futbolxeber.az saytının məlumatına görə, əyalət təmsilçisinin baş meneceri Zaur Əzizovun "Report"a verdiyi açıqlamaya görə, toqolu yarımmüdafiəçi Yaovi Akakpo da komandada qalacaq. Klub rəsmisi 21 yaşlı oyunçunun hazırda komanda ilə birlikdə məşq etdiyini söyləyib.

Əzizov Akakponun daha iki illik müqaviləsinin olduğunu da xatırladıb. O, sözləşmələri başa çatan digər legionerlərlə də danışıqların davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Yaovi Akakpo fevralda "Qəbələ"yə keçib. Daha əvvəl legionerlərdən gürcüstanlı Merab Giqauri və çilili Rodriqo Qattasın əyalət təmsilçisində qalacağı dəqiqləşib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30